Accessibility links

ABŞ Qubadakı Kümbəzli Hamamı bərpa edir


ABŞ səfiri Robert Sekuta Kümbəzli Hamamın təməlqoyma mərasimində
ABŞ səfiri Robert Sekuta Kümbəzli Hamamın təməlqoyma mərasimində

Dekabrın 14-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Qubada rayonundakı (Bakıdan 168 kilometr şimal) 18-19 əsrə aid Kümbəzli Hamamın bərpası layihəsinin

ABŞ səfiri Robert Sekuta Kümbəzli Hamamın təməlqoyma mərasimində
ABŞ səfiri Robert Sekuta Kümbəzli Hamamın təməlqoyma mərasimində

təməlqoyma mərasimində iştirak edib. Bu barədə ABŞ səfirliyi məlumat yayıb.

Səfir Sekuta bildirib ki, mədəniyyətin qorunmasının dəstəklənməsi gələcək nəsillər üçün dünyanın mədəni irsinin saxlanılmasının təmin edilməsi üçün vacibdir.

“Bərpadan sonra bu abidə Quba və ətrafdakı region üçün turizm mərkəzi kimi xidmət edə bilər. Turizm vasitəsilə Azərbaycanın mədəniyyət tarixinin əlçatan edilməsi iqtisadiyyatın şaxələndirilməsi səylərinə dəstək olacaq”, o qeyd edib.

Xəbərdə deyilir ki, layihəyə ABŞ səfirlərinin Mədəni İrsin Qorunması Fondunun (AFCP) maliyyə dəstəyi ilə start verilib. Fondun əsas məqsədi inkişaf etməkdə olan ölkələrdə mədəni irsin qorunmasına dəstək və ABŞ-ın digər mədəniyyətlərə göstərdiyi hörmətin nümayiş etdirilməsidir.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG