Accessibility links

Malavinin Kunq Fu filmi səs-küyə səbəb olub [Video]


Malavinin Kunq Fu filmi səs-küyə səbəb olub
please wait

No media source currently available

0:00 0:02:13 0:00

Çox güman ki, kunq fu filmləri deyəndə ağlınıza Afrikanın cənubunda yerləşən Malavi ölkəsi gəlmir. Amma ölkənin paytaxtı Lilonqvedə yaşayan dörd gənc akrobat bunu dəyişə bilər. Onların istehsal etdiyiilk yerli döyüş filmi The Town Monger (Şəhər Alverçiləri) onlayn məkanda səs-küyə səbəb olub və regional televiziya kanalları distribütorlarında maraq oyadıb. Filmin premyerası oktyabrın 31-də Malavidə baş tutub.

Rejissor filmin treylerini internetə yerləşdirəndən sonra səs-küy yaranıb.

İlk öncə biz məhəlləmizdə ifa edirdik. Orada aldığımız müsbət reaksiyadan sonra digər yaşayış məntəqələrində, küçəlrdə ifa etməyə başladıq. İnsanlar bizə hər performansımıza görə pul verməyə başladı.
Əbdül Rəşid Şaibu

“Biz bunu gözləmirdik və aldığımız reaksiya bizi təəcübləndirdi. İndi isə biz növbəti addımlarımızın nə olacağını düşünürük”, Kufewa Acrobatics-in meneceri Denis İmaan bildirir.

Kufewa Acrobatics Malavinin paytaxtının 26-ci yaşayış məntəqəsində yaşayan məktəbi tərk etmiş dörd gəncdən ibarət qrupdur.

Onlar akrobatlığı Ceki Çanın filmlərini və Cirque du Soleil-i izləyərək özləri özlərinə öyrənib.

“İlk öncə biz məhəlləmizdə ifa edirdik. Orada aldığımız müsbət reaksiyadan sonra digər yaşayış məntəqələrində, küçəlrdə ifa etməyə başladıq. İnsanlar bizə hər performansımıza görə pul verməyə başladı”, Kufewa Acrobatics-dən Əbdül Rəşid Şaibu söyləyir.

Öz filmlərini çəkmək onlar üçün təbii bir irəliləyiş oldu. 2015-ci ildə onlar The Town Monger filminin çəkilişlərinə başladı. Filmdə onların üzləşdiyi çətinliklər göstərilir.

“Bir çoxları, hətta öz qohumlarımız bəzi hallarda bizə deyirdi ki, gördüyümüz işlə bir gələcək qura bilməyəyik. Amma mən geri çəkilmirdim, çünkü mən bir gələcək görürdüm. Ən əsası isə bu bacarıqlar mənə Allah tərəfindən bəxş edilib”, Kufewa Acrobatics-dən Alfred Hamabli deyir.

Ceki Çan
Ceki Çan

82 dəqiqəlik film borca götürülmüş kamera və iPad ilə çəkilib. Çəkiliş məkanı isə onların yaxşı bələd olduğu küçələr olub.

Döyüş filmi jurnalistlər üçün ilk nümayişdə müxtəlif rəylər alıb.

“Məndə ən böyük təəssürat filmin çəkildiyi məkanlar yaratdı”, World Wide Media-dan Şadrik Kalukuşa bildirir.

“Filmdə heç bir dialoq yoxdur. Onlar bunun üzərində bir az işləyə bilərlər. Orada çox qadın aktrisa da yoxdur. Təkcə bir qadın aktrisa gördük. Bu da dəyişməlidir”, deyə Rainbow kanalından Gertrude Abudu söyləyir.

Bu arada isə bir neçə regional televiziya şəbəkəsi filmin haqlarını almaq istəyir. Film yerli çiçeva dilində çəkilib. İndi isə prodüserlər ingilis dilində subtitrlər əlavə etməyə çalışırlar.

Dörd gənc isə The Town Monger-in canlı tamaşalarını səhnəyə qoymağa hazırlanırlar və bir gün xaricdə ifa etməyi arzulayır.

XS
SM
MD
LG