Accessibility links

Ankara hücumlarının məsuliyyətini "Kürdüstan Azadlıq Şahinləri" qrupu öz üzərinə götürüb


Keçən bazar paytaxt Ankarada 37 nəfərin ölümü ilə nəticələnən intiharçı bomba hücumunun məsuliyyətini PKK qrupu ilə əlaqəsi olan kürd yaraqlı qrupu üzərinə götürüb.

"Kürdüstan Azadlıq Şahinləri" adlanan bu qrup özünün Web səhifəsində Ankarada həyata keçirilən hücumun Türkiyənin cənub-şərq bölgəsində keçirilən təhlükəsizlik əməliyyatlarına cavab olduğunu bildirib. Qrup belə hücumların təkrar ediləcəyi barədə xəbərdarlıq edib.

Qrup keçən ay Ankarada 29 nəfərin ölümü ilə nəticələnən bomba hücumunun məsuliyyətini də öz üzərinə götürmüşdü. Lakin Türkiyənin baş naziri Əhməd Davutoğlu bunun yalan iddia olduğunu və "Kürdüstan Azadlıq Şahinləri" qrupunun bomba hücumlarında əli olan Suriyadakı kürd döyüşçüləri qorumaq istədiyini deyib.

Türkiyə Suriyanın silahlı "Kürd Demokrat Partiyası"nın qolu kimi tanınan "Xalq Müdafiəsi Birliyi" terrorçu qrupudur və bu qrupun PKK ilə heç bir fərqi yoxdur.

XS
SM
MD
LG