Accessibility links

Ankara kürd döyüşçülərin İraq və Suriya sərhəddə fəaliyyətindən narahatdır [Təhlil]


Türkiyə silahlı qüvvələri ilə Kürd döyüşçülər arasında ölkənin cənub-şərqində müntəzəm olaraq qarşıdurmalar baş verir. Ordu Kürd döyüşçülər tərəfindən qaçaqmalçılıq üçün isitifadə olunan qatırları hədəf alıb.

Keçən həftə Kürd yönümlü Türkiyə millət vəkili ordunu Uludərə vilayətində qatırları öldürməkdə ittiham edib. Vilayət sərhəd bölgəsində qaçaqmalçılıq fəaliyyətləri ilə tanınır. Bu yolla əldə olunan gəlirlərin fəaliyyəti qadağan olmuş Kürdistan Fəhlə partiyası PKK-yə getdiyi güman edilir.

"Atışma nəticəsində qatırların çoxu öldürülüb", deyə Ferhat Encü Tvitter səhifəsində bildirib. O, Xalqların Demokratik Partiyası HDP-dən millət vəkilidir. İyunun 30-da qətlə yetirilmiş qatırların sahibləri heyvanların onlara aid olduğunu və Kürd üsyançılarla heç bir əlaqəsi olmadığını deyib. Onlar həmçinin qatırların İraq sərhəddini keçib qaçaqmalçılıq üçün istifadə olunmadığını deyir.

Əməliyyat Ankara və üsyançılar arasında davam edən sülh danışıqlarına baxmayaraq, vilayətin qubernatorunun PKK ilə döyüşlər zamanı 13 əsgərin yaralandığına dair hesabatından sonra baş verib. Hadisə zamanı Ortasu kəndinin sakinlərinə məxsus təxminən 30 qatırı öldürülüb.

Əməliyyatın baş verdiyi regionda vəziyyət gərgindir. 2011-ci ilin dekabr ayında Türkiyənin hava qüvvələrinin hücumu nəticəsində 34 qaçaqmalçı həyatını itirmişdi. Rəsmilər qaçaqmalçıların PKK militantları olduğunu iddia etsələr də, daha sonra hökumət bunun doğru olmadığını qəbul edib və əməliyyata görə sadəcə bir zabit cəzalandırıb.

Millət vəkili Encüyə görə iyunun 30-da baş vermis əməliyyat 2011-ci ildəki hadisə ilə eyni mahiyyət daşıyır. "Bu, dörd il əvvəl bizə qarşı başlamış müharibənin davamıdır", deyə o, Evrensel qəzetinə müsahibəsi zamanı bildirib. O və digər yerli rəsmilər deyir ki, region getdikcə həssas əraziyə çevrilir və gərginlik də getdikcə artır.

Yerli rəsmilər səhərd bölgəsində əsasən siqaret və tütün məhsullarının mübadiləsinin qanuniləşdirilməsinə çağırır.

Türkiyə rəsmiləri qaçaqmalçılıqla mübarizə səylərində inkişafın müşahidə olunduğunu və 200-300 qatırən cəlb olunduğu qaçaqmalçılıq fəalliyyətlərinə PKK tərəfindən nəzarət edildiyini bildirir.

Qaçaqmalçılıq həmçinin yerli sakinlər üçün də qazanc mənbəyidir. Kəndlilər deyir ki, sərhəd bölgəsində qaçaqmalçılıq fəaliyyətləri onların yerli adət-ənənələr və mədəniyyətə əsaslanır.

Sərhəddə baş verən qalmaqallar Türklər və Kürdlər arasında gərginliyin daha da artmasına səbəb olub.

Prezident Rəcəp Tayyip Ərdoğanın Ədalət və İnkişaf partiyasının yeni hökumət qurmaq üçün koalisiya tərəfdarı axtardığı bir vaxt PKK və Kürdlər arasında sülh danışıqları zahirən dayanıb. AKP 7 iyul seçkilərindən sonra da ən böyük partiya olaraq qalır.

Koalisiya üzrə tərəfdaşın Kürdlərlə sülh danışıqlarını dayandırmaq istəyən Milli Hərəkət Partiyasının olacağı ehtimal edilir.

Rəcəp Tayyip Erdoğan həmçinin Suriya Kürdləri məsələsinə gəldikdə Vaşinqton və Qərb dövlətlərini qırmızı xətti keçməkdə ittiham edir. O, Kürd döyüşçülərinin İslamçı ekstremistlər üzərində qələbəsinin Suriyanın ərazi bütövlüyünü təhlükə altına qoymamalı olduğunu deyir.

Kürd döyüşçülərin Suriyanın Tal Abayad qəsəbəsinin nəzarətini İslam Dövləti qrupundan geri almasından sonra Rəcəp Tayyip Ərdoğan Türkiyənin Suriyada Kürd dövlətinin yaradılmasını heç vaxt qəbul etməyəcəyini deyib.

Türkiyə öz qoşunlarını əsasən Kürdlərin nəzarətində olan bölgələr olmaqla Suriya sərhədində yerləşdirib. Ordunun Suriyaya daxil olmasının mümkünlüyü bağlı verilən məlumatlara cavab olaraq baş nazir Əhməd Davudoğlu Türkiyənin cənub sərhədində əməliyyat aparmaq fikrində olmadığını deyib.

Ancaq həftə sonu Türkiyə hava qüvvələri İraqın şimalında Qəndil dağında PKK-nın mövqelərini bombalayıb. Türkiyə rəsmiləri bildirib ki, PKK üç ildir davam edən atəşkəs rejimini pozmağa hazırlaşır və bu əməliyyatlar preventiv mahiyyət daşıyır. PKK rəsmiləri isə atəşkəsin pozulması planlarına dair iddiaları rədd edir.

XS
SM
MD
LG