Accessibility links

Kürd yaraqlıları bir Türk əsgərini qətlə yetirib və azı ikisini yaralayıblar


Qrup Türkiyənin cənub-şərqində kürdlərə muxtariyyət uğrunda mübarizə aparır və İraqda bazalara malikdir

Kürd yaraqlıları Türkiyənin cənub-şərqində hərbi bazaya hücum zamanı bir əsgəri qətlə yetirib və azı ikisini yaralayıblar.Təhlükəsizlik mənbələri bildirib ki, basqın bu gün Batman vilayətində baş verib. Dünən Türkiyənin cənubunda başqa bir hərbi bazada baş verən toqquşma zamanı 12 kürd militantı və üç türk əsgəri həlak olub. Bu hücumlar Kürdüstan Fəhlə Partiyası PKK-nın Türkiyə hərbi qüvvələrinin dəfələrlə hücumlarına məruz qaldığını deyərək, uzun müddət sürən atəşkəsi pozduğu vaxtdan başlayan zorakılıqların davamıdır. Türkiyə 1984-cü ildən PKK ilə mübarizə aparır. Qrup Türkiyənin cənub-şərqində kürdlərə muxtariyyət uğrunda mübarizə aparır və İraqda bazalara malikdir. Rəsmi Ankara və beynəlxalq ictimiayyətin böyük hissəsi PKK-nı terror təşkilatı hesab edir.

XS
SM
MD
LG