Accessibility links

ABŞ kürdlərdən müstəqillik referendumunun tarixini dəyişmələrini xahiş edib


İraq Kürdistan Regional Hökümətinin prezidenti Məsud Bərzani.
İraq Kürdistan Regional Hökümətinin prezidenti Məsud Bərzani.

Amerika Birləşmiş Ştatları İraq kürdlərindən sentyabrın 25-nə planlaşdırılan muxtar Kürd vilayətinin müstəqillik referendumunun tarixini dəyişmələrini xahiş edib. Bu barədə kürdlərin prezidenti məlumat verib.

ABŞ dövlət katibi Reks Tillerson xahişi cümə günü, İraq Kürdistan Regional Hökümətinin prezidenti Məsud Bərzani ilə telefon danışıqları zamanı səsləndirib.

Dövlət Departamenti iyun ayında bildirmişdi ki, onlar referendumun diqqətin İŞİD-i militantlarını məğlub etmək kimi “daha təcili prioritetlərdən” yayınmasına səbəb olacağı ilə bağlı narahatdırlar.

ABŞ və digər Qərb dövlətləri referendumun regionda yeni gərginliyə təkan verə biləcəyini ehtimal edirlər.

Ərazilərində böyük sayda kürd əhalisi yaşayan Türkiyə, İran və Suriya müstəqil Kürdistan iddiasına qarşı olduqlarını ifadə ediblər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG