Accessibility links

Kurmanbek Bakiyev deyib ki, BMT Qırğızıstana sülhməramlı qüvvələr göndərməlidir


Cənab Bakiyev bunun regionda qan tökülməsindən sonra xaosun artmaması üçün lazım olduğunu deyib

Qırğızıstanın vəzifəsindən qovulmuş lideri Kurmanbek Bakiyev bu gün qaçdığı Cəlalabad regionundan bildirib ki, BMT regionda qan tökülməsindən sonra xaosun artmaması üçün oraya sülhməramlı qüvvələr göndərməlidir. Cənab Bakiyev keçən həftənın çərşənbə günü Bişkekdə etirak aksiyaları zamanı 80 nəfərə yaxın insanın ölümü ilə nəticələnən qarşıdurmalardan sonra vəzifəsini tərk etməli oldu. Kurmanbek Bakiyev orduya atəş açmağa göstəriş vermədiyini deyib və beynəlxalq ictimaiyyəti baş verənlər üzərində təhqiqat aparmasına çağırıb.

Bugünkü müraciətində cənab Bakiyev beynəlxalq ictimaiyyət ölüm hadisələrində onu günahkar bilərsə, məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu deyib. Bunlarla yanaşı cənab Bakiyev vəzifəsindən istefa verməyəcəyini bildirib.

XS
SM
MD
LG