Accessibility links

Kuşner Nümayəndələr Palatasında ifadə verir


ABŞ prezidenti Donald Trampın kürəkəni və onun ən yaxın müşavirlərindən biri olan Cared Kuşner Rusiyanın 2016-cı il ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqat çərçivəsində Konqresin Nümayəndələr Palatasının Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmələrdə ifadə verir.

Kuşner bundan bir gün öncə Senatın Kəşfiyyat komitəsində bağlı qapılar arxasında keçirilən dinləmə zamanı ifadə verib. Dinləmədən sonra o, Ağ Evdə verdiyi bəyanatda Rusiya ilə 2016-cı il prezident seçki kampaniyası zamanı hər hansı qeyri-müvafiq kontaktı olmadığını bildirib.

“Mən Rusiya ilə heç bir sözləşməyə getməmişəm, nə də ki kampaniyada bunu edən heç bir şəxsi tanımıram. Mən öz biznesimdə Rusiya fondlarından istifadə etməmişəm və lazım olan informasiyanın təqdim edilməsində mən tamamilə şəffaf olmuşam”, Kuşner bildirib.

ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı günü Tvitter səhifəsində yazdığı mesajında Kuşnerin bəyanatından razılığını ifadə edib.

“Cared dünən ruslarla heç bir sözdələşməyə getmədiyini sübuta yetirə bildi. İfritə ovu. Növbədə 11 yaşlı Barron Trampdır!”, Tramp yazıb.

Cared Kuşner Senatda ifadə verməzdən əvvəl açıqladığı 11 səhifədən ibarət yazılı bəyanatında keçən il prezident seçki kampaniyası və ondan sonra Rusiya rəsmilərilə görüşdüyünü, lakin heç bir xarici hökumətlə hər hansı bir sözləşməyə getmədiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG