Accessibility links

Prezident Tramp kürəkəninə əlavə vəzifə hazırlayır [Təhlil]


Ağ Evin baş yardımçısı Cared Kuşner Senatın Kəşfiyyat Komitəsində keçən il prezident seçkiləri kampaniyası və keçid dövründə rusiyalılarla görüşü barədə danışmağa razı olduğunu bildirib. Bu arada isə prezident Donald Tramp öz gənc kürəkəninə əlavə vəzifə hazırlamaqla məşğuldur.

Trampın qızı İvanka ilə evli olan ikinci nəsil daşınmaz əmlak sərmayəçisi Ağ Evin Amerika innovasiya şöbəsinə başçılıq edəcək. Ofis federal hökumətin effektiv biznes modelinə uyğun işləməsinə çalışacaq.

Yeni ofis Ağ Evin Qərb qanadında fəaliyyət göstərəcək və Microsoft və General Motors kimi korporasiyaların, eləcə də Goldman Sachs kimi investisiya banklarının keçmiş rəhbərləri tərəfindən idarə olunacaq.

Bazar ertəsi Ağ Evdə keçirilən brifinq zamanı mətbuat katibi hökumətə yenicə gəlmiş 36 yaşlı Kuşnerin ofisə başçılıq edə biləcəyi sulaının cavabından yayınıb. Ona Yaxın Şərqdə sülh prosesi kimi ciddi məsələlər tapşırılıb və o artıq Çin və Meksika kimi ölkələrlə bağlı qayınatasının baş məsləhətçisidir.

“Əgər siz hökumətlə işləmisinizsə və onun köhnəlmiş, müasir olmadığını başa düşmüsünüzsə, bu, Amerika xalqına xidmət deyil. Bu, seçicilərə xidmət etmək demək deyil. Bizim məsələlərə baxışımız və müxtəlif texnologiylar əldə etməyimizi nəzər aldıqda, bu, mühümdür” deyə, Ağ Evin mətbuat katibi Şon Spayser bildirir.

Qarşıda çətin sınaqlar durur. Stefan Qoldsmit Harvard Universiteti Kennedi məktəbinin “Demokratik İdarəetmə və İnnovasiya” Eş Mərkəzini təmsil edir. “Bürokratik problemlər var, Konqreslə bağlı problemlər və mürəkkəb məsələlər var. Amma hökumətin bu səviyyəsində innovasiya səylərinə baxdıqca, mən ümid edirəm ki, bu, həqitətən də bir dəyişiklik yarada biləcək."

Yeni mandata əsasən yeni ofisin vəzifəsi amerikalıların yaşayış səviyyəsini yüksəltmək və yeni iş yerləri açmaqdan ibarətdir.

Rəsmilər həmçinin bildirir ki, ofis hökumətin hansı finksiyalarının özəlləşdirilməli olduğuna dair tövsiyələr verəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG