Accessibility links

Psixoloq kütləvi qatilin xüsusiyyətlərini təsvir edir [Video]


Psixoloq kütləvi qatilin xüsusiyyətlərini təsvir edir
please wait

No media source currently available

0:00 0:03:01 0:00

Las-Veqasda silah atəşi başlayanda kountri musiqi festivalı öz axarında davam edirdi.

Yenə də insanların nəcə reaksiya verəcəyi və nə ediləcəyi məlumdur. Bayraqlar endirilir. Prezident xalqa müraciət edir.

“Əziz amerikalılar. Biz bu gün birlikdə kədər, şok və qəm içindəyik.”

Atəş açan şəxsin qardaşı şokdadır.

“Mən… Mən nə deyəcəyimi bilmirəm.”

Müxtəlif araşdırmalar onu göstərir ki, kütləvi qətl hadisələri son bir neçə ildə üç dəfə artıb. ABŞ-da odlu silah ən çox yayılmış silah növüdür.

Bazar gününə qədər keçən ilin iyununda Orlando gecə klubunda baş verən atışma ABŞ tarixinin ən böyük kütləvi qətl hadisəsi idi.

Həmin hadisə zamanı 49 nəfər həlak olmuşdu.

Amma qatillərin gübrə ilə dolu yük maşınları…

Ya da 2001-ci ildəki kimi təyyarələri istifadə etdiyi hallar da olub.

Bu kütləvi qətl hadisələri kifayət idi ki, psixoloqlar qatillərin ümumi xüsusiyyətlərini müəyyən etsinlər.

“Biz müəyyən etmişik ki, bu insanların bir-biri ilə oxşar cəhətləri, fərqləndirən cəhətlərindən daha çoxdur.”

Daha öncəki atışmalar haqqqında müsahibə zamanı məhkəmə psixoloqu Reyd Meloy deyib ki, bu qatillərin psixiatrik problemlər tarixçəsi var. Onlar əsasən kişilərdir. Onların problemli şəxsi həyatı olur və qətl onlar üçün status əldə etmək cəhdidir.

Hətta təkbaşına iş görən qatillər belə bunu hansısa məqsəd üçün etdiklərini iddia edirlər. Amma Meloy deyir ki, bu belə deyil.

“Əksər hallarda zorakılığa gedən yol fərdi incikliklə başlayır. Adətən bunun üç tərkib hissəsi olur. Birincisi, hansısa bir itkinin baş verməsi, ikincisi alçalma hissi, üçüncüsü isə bu problemlərin səbəbkarı olduğu düşünülən bir şəxsə və ya bir qrupa qarşı qəzəb hissidir.”

Silahların əlçatan olması daha bir meyardır. Başqa meyar isə sosial mediadır. Qətl xəbərləri Facebook və Twitter vasitəsilə sürətlə bütün dünyaya yayılır.”

“Mənim dostlarım Facebook vasitəsilə mənə yazaraq, onun onun orada olmadığını deyirdilər. Mən də buna inanmaq istəmirdim. 6:10-da mən öldürülənlərin adı olan səhifəni yenilədim və onun adı artıq orada idi.”

Meloy deyir ki, sosial media qatilləri məşhur edir. Nəticədə qətl hadisələrini sosial media vasitəsilə real vaxtda görən insanlar arasında bunu təkrar etmək istəyənlər ortaya çıxır.

O proqnozlaşdırır ki, gələcəkdə şahidi olacağımız kütləvi qətl hadisələrin sayı daha da artacaq.

XS
SM
MD
LG