Accessibility links

Ekspertlər: Əməkdaşlıq kütləvi qətliamların qarşısını ala bilər [Video]


Ekspertlər: Əməkdaşlıq kütləvi qətliamların qarşısını ala bilər
please wait

No media source currently available

0:00 0:02:23 0:00

Daha bir məktəb faciəsi yaşandı. Bu dəfə Florida ştatında.

Ölkənin digər tərəfindəki məktəbin rəsmiləri bildiriblər ki, onlar belə bir şeyin yenidən baş verməməsi üçün öz hazırlıqlarına başlasalar da, onların həm də vətəndaşların köməyinə ehtiyacları var.

Çox zaman hadisənin olacağına dair xəbərdarlıqlar olur.

“Məktəbdə baş verən faciələrdən də gördüyümüz kimi bizim qəribə hesab etdiyimiz, hamının ondan qorxduğu, heç kimlə münasibəti olmayan insanlar depressiv olmağa daha çox meylli olur.” – deyə, psixoloq Qlen Lipson bildirib.

Ancaq bu cür faciələrin baş verməsinə səbəb həm də video oyunlar və asan şəkildə silaha sahib ola bilməkdir.

Amerikanın kütləvi qətliamlarında güclü silahların istifadəsi çoxalıb.

“Dünyanın digər ölkələrində hadisələrin ölümcüllüyünü bu cür faciəli hala gətirəcək hərbi silahların satışı yoxdur.”- deyə, preofessor Ron Astor qeyd edib

Astorun sözlərinə görə, qəzəb və izolyasiya kimi narahatlıq yarada biləcək əlamətlərə diqqət etmək lazımdır.

“Məktəb silahlara marağı olan insana qarşı qanunların icazə verdiyi şəkildə hər şey etməyə çalışır. Ancaq heç kəs intiharameyilli və cinayətəmeyili şəxsin bu qədər rahat silah əldə etməsinin qarşısını almır.”- deyə, Ron Astor əlavə edib.

17 nəfərin həyatını itirməsinə səbəb olan Florida faciəsindən sonra ekspertlər düşünür ki, hüquq-mühafizə orqanları, psixi sağlamlıq mütəxəssisləri, valideynlər və tələbələr arasında əməkdaşlıq yaranarsa bu gələcəkdə belə faciələrin yaşanmasının qarşısını almağa kömək edər.

İctimaiyyət arasında çox yayılmasa da bir çox faciələrin qarşısı uğurlu şəkildə alınır. Buna baxmayaraq əldən qaçmış bəzi imkanlar da var. Federal Təhqiqatlar Bürosundan verilən məlumata görə, Floridada silahlı hücum keçirən şəxsin təhlükəli olması barədə yanvar ayının 5-ində məlumat əldə olunsa da, bu məlumat sona qədər araşdırılmayıb.

XS
SM
MD
LG