Accessibility links

Küveyt cənub sahillərində neft axınını nəzarət altında saxlamağa çalışır


Küveyt cənub sahillərində neft axınını nəzarət altında saxlamağa çalışır. Axın elektrik stasiyaları və su rezervuarına təhlükə ola bilər.

Neftin dənizə axının mənbəyi bəlli deyil. Lakin bunun Küveytin neft obyektlərindən sızmadığı bildirilir. Neçə barrel neftin dənizə axdığı da məlum deyil.

Qayıqlarla sulara neftin sorulması üçün borular yerləşdirilib. Rəsmilər ilk növbədə elektrik stasiyaları və su rezervuarını qorumağa çalışır. Bundan sonra isə sahillərin təmizlənməsinə başlanılacaq.

Qonşu Səudiyyə Ərəbistanı fövqəladə ölçülər götürüb.

Sərhəd Xəfji şəhərindəki birgə əməliyyatlar mərkəzi obyektlərə ziyan dəymədiyini bildirib.

Küveyt bildirib ki, Amerikanın neft şirkəti Chevron Corp. və mütəxəssislər təmizləmə işlərinə yardım edir.

Küveytdə su ehtiyyatları olduqca azdır və dəniz suyunun saflaşdırılması üçün müəssisə tikilib. Ərazisində çox böyük neft-qaz yataqları mövcuddur.

OPEC-ə üzv olan bu ölkə neft ehtiyatlarına görə dünyada 6-cı ölkədir.

XS
SM
MD
LG