Accessibility links

Boks üzrə çempion qardaşlar Kyivdə mülki infrastrukturun bərpa işlərinə rəhbərlik edirlər


Boks üzrə çempion qardaşlar Kyivdə mülki infrastrukturun bərpa işlərinə rəhbərlik edirlər
please wait

No media source currently available

0:00 0:02:44 0:00

Rusiyanın fevral ayında başlatdığı hərbi müdaxilədən bəri Ukrayna paytaxtı Kyiv əsas hədəflərdən biri olub. Mart ayında Rusiya qüvvələri təkcə Kyivdə 220-dən çox yaşayış binasını hədəf alaraq, yüzlərlə mülki vətəndaşın həyatını dağıdıb. İndi, müharibənin dördüncü ayında Kyiv rəsmiləri, iki boks üzrə çempionun rəhbərliyi ilə mülki infrastrukturun bərpası prosesinə başlayaraq, insanlara qış gəlmədən evlərinə dönmək imkanı verməyə çalışırlar.

Rusiyanın geniş miqyaslı hərbi müdaxiləsi başlayandan bəri Ukraynanın paytaxtı Kyiv əsas hədəflərdən biri olub. Şəhərə raket hücumları edilib və nəticədə yüzlərlə insan evsiz qalıb.

Kyivdə 600-dən çox mülki infrastruktur Rusiya raket zərbələri nəticəsində dağılıb. Onlardan 300-dən çoxu yenidənqurma mərhələsindədir.

Şəhərin qərb hissəsində yerləşən bu binaya martın 15-də Rusiya raketinin qalıqları dəyib, nəticədə dörd nəfər ölüb, 400-ə yaxın insan evsiz qalıb.

Kyivin meri Vitali Kliçko deyir ki, Rusiya qüvvələri qəsdən mülki infrastrukturu hədəf alır və buna sübut olaraq bu binaya işarə edir. O, buraya bərpa işlərini yoxlamaq üçün gəlib.

“Biz bu müharibənin təsirlərini görürük. Rusiya propaqandasının yalanları. Bizim doğma şəhərimizdə hərbi qüvvələrə qarşı bu “xüsusi hərbi əməliyyyat” mülki vətəndaşların yaşadığı 220-dən çox yaşayış binasını dağıdıb. Bu da onların hədəfidir. Dörd nəfər ölüb. Rusiya propaqandasına deyilən hər şey yalandır,” o deyir.

Burada insanlar həyatlarının normal axına qayıtmağını istədiklərini deyirlər.

“Hər bir ukraynalını maraqlandıran əsas sual “bu müharibə nə zaman bitəcək?”dir,” Kyivin meri Vitali Kliçko deyir.

Vitali Kliçko Kyivdə normal vəziyyəti bərpa etmək və Ukraynaya sülh gətirmək səylərində tək deyil. Onun qardaşı, keçmiş peşəkar boksçu və ağır çəki üzrə dünya çempionu Volodimir Kliçko ona yardım edir.

“Bu, bizim vəzifəmizdir. Mən belə deyərdim. Və mən inanıram ki, bütün ukraynalılar, qadınlar, kişilər bunu borc olaraq görür,” o deyir.

Müharibə başlayandan aylar sonra Kyiv sakinlərinin Ukraynadakı digərlər insanlar kimi yalnız bir arzusu var: bu dəhşət bitsin ki, onlar həyatlarını yenidən qura bilsinlər. Merin qardaşı dünyanı Rusiyanın təcavüzünə son qoymağa çağırır.

“Biz rusiya qüvvələrinin qarşısını burada almasaq, bu sadəcə başlanğıc olacaq. Onlar Ukraynanı ələ keçirib, işğal edəndən dərhal olan başqa ölkələrin qapılarını döyəcəklər. Və daha da aydın olacaq ki, Rusiyaya 2022-ci ildə - ikinci dünya müharibəsindən sonra – beynəlxalq qanunu pozub, başqa ölkəni işğal etməyin düzgün olmadığını göstərmək üçün azad dünyanın təkcə humanitar və maddi deyil, həm də hərbi dəstəyi olduqca vacibdir,” Volodimir Kliçko deyir.

Ukraynalılar müharibəyə son qoyulmasına çağırdığı bir vaxt, boks üzrə çempion olan qardaşlar dünyanı onlara Rusiyaya qarşı mübarizə aparmağa və Avropada sülhü təmin etməyə kömək etməyə çağırırlar.

Dünyaya Baxış

AZE Daily 08 18 2022.mp4
please wait

No media source currently available

0:00 0:10:21 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ Finlandiya və İsveçin NATO-ya qəbulunu bir addım daha yaxınlaşdırır.
please wait

No media source currently available

0:00 0:29:21 0:00
XS
SM
MD
LG