Accessibility links

Kyiv Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri ən böyük dron hücumuna məruz qalıb


Kyvdə yaşayış binalarının həyətində vurulan rus dronunun partlamasıdan sonra bir qadın mənzilində sınmış pəncərə şüşələrini süpürür. 25 noyabr, 2023.
Kyvdə yaşayış binalarının həyətində vurulan rus dronunun partlamasıdan sonra bir qadın mənzilində sınmış pəncərə şüşələrini süpürür. 25 noyabr, 2023.

Şənbə günü Kyivə İran istehsalı Şahed dronları ilə kütləvi dron hücumu həyata keçirilib.

Mer Vitali Kliçkonun Telegramda paylaşdığı məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla beş nəfər xəsarət alıb.

Ukrayna hava qüvvələri bildirib ki, bu, Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri ən böyük dron hücumudur.

Britaniya Müdafiə Nazirliyi şənbə günü hərbi müdaxilə ilə bağlı gündəlik məlumatında bildirib ki, Rusiyanın Qara Dəniz Donanmasının gəmilərini Novorossiysk bazasında qanadlı raketlərlə təchiz etmək qabililiyyəti, çox güman ki, donanmanın effektivliyində “əhəmiyyətli amil” olacaq

Donanma ənənəvi olaraq qanadlı raketlərini Sevastopolda yükləyib, ancaq Krımdakı təsis Ukraynanın uzun-mənzilli zərbələrinə məruz qalma riski ilə üzləşir.

Britaniya kəşfiyyatının məlumatında deyilir ki, Novorossiysk daha yaxşı alternativ obyekt ola bilər, amma bunun üçün raketlərin yerinin dəyişdirilməsi və yenidən yüklənməsi, habelə yeni çatdırılma, saxlanma, daşınma və yüklənmə prosesləri tələb olunacaq.

Ötən ay Ukrayna bildirib ki, Ukrayna Novorossiyskdən qanadlı raket atmaqla əlaqədar logistik problemlər yaşayırdı.

Ukrayna Prezidenti Volodimir Zelenski cümə günü deyib ki, onun ölkəsi Qərb müttəfiqlərindən “üç qələbə,” o cümlədən ABŞ və Avropa İttifaq tərəfindən iki hərbi yardım paketinin təsdiqlənməsini və Avropa blokuna daxil olmaq üçün danışıqların rəsmi şəkildə başlanmasını gözləyir.

“Bizə üç qələbə lazımdır. Birincisi ABŞ Konqresi ilə qələbədir. Bu çətindir, asan deyil, amma Ukrayna hər şeyi edir,” Zelenski Kyivdə mətbuat konfransında bildirib

Prezident Co Bayden Ukraynaya yeni milyardlarla dollarlıq yardım təklif edib, ancaq bu maliyyə Konqresin bu ay qəbul etdiyi müvəqqəti büdcə planına daxil deyil.

Bəzi Respublikaçı qanunvericilər Ukraynaya əlavə yardımı təsdiqləməyin əleyhinədir, amma Konqresdə Respublikaçılar və Demokratların əksəriyyəti hələ də əlavə yardımı dəstəkləyir.

Forum

XS
SM
MD
LG