Accessibility links

Kyiv və Ukraynanın digər bölgələri yenidən Rusiyanın hücumuna məruz qalıb


Nova Kaxovka, Xerson
Nova Kaxovka, Xerson

Ukrayna rəsmilərinin bildirdiyinə görə, Kyiv və Ukraynanın bir sıra digər bölgələri oktyabrın 31-də yenidən Rusiyanın hücumuna məruz qalıb. Hücumlar şəhərdə baş verən silsilə partlayışlardan sonra Ukrayna paytaxtının su və elektrik enerjisi çatışmazlığı ilə üzləşdiyi vaxt keçirilib.

Cənubdakı Marhanets şəhərində Rusiyanın "Qrad" raketləri yaşayış binalarını və orta məktəbi vurub, nəticədə 31 yaşlı qadın həlak olub. Bu barədə vilayət administrasiyasının rəhbəri Valentin Rezniçenko Telegram-da yazıb.

Xarici İşlər Nazirliyinin sözçüsü Oleg Nikolenko bildirib ki, raketlər Kyiv və digər şəhərlərdə enerji infrastrukturunu vurub, elektrik və su təchizatında fasilələr yaranıb.

Kyiv meri Vitali Kliçko səhər zərbələrindən sonra paytaxtın bəzi ərazilərinin işıqsız qaldığını bildirib.

"Hazırda Kyiv yaxınlığındakı enerji obyektinin zədələnməsi səbəbindən paytaxt istehlakçılarının 80 faizi su təchizatından məhrumdur" - deyə, Kliçko Telegram kanalında ictimaiyyəti imkan daxilində su ehtiyatı saxlamağa çağırıb.

Kliçko həmçinin bildirib ki, müharibədən əvvəl 2,9 milyon əhalisi olan Kyivdə 350 min evin elektrik enerjisinin bərpası üçün iş gedir.

Xarkiv meri İqor Terexov bildirib ki, iki raket Ukraynanın ikinci ən böyük şəhərində "mühüm infrastruktur obyektini" hədəf alıb.

Vilayətin qubernatoru Serhiy Borzovun sözlərinə görə, ölkənin mərkəzində Vinnitsa şəhəri raket atəşinə tutulub.

Poltava və Kirovohrad vilayətlərində də hava hücumları barədə məlumatlar verilib və oktyabrın 31-də səhər saatlarında ölkə boyu hava həyəcanı elan edilib.

There were also reports of air attacks in the Poltava and Kirovohrad regions and a nationwide air alert was announced early on October 31.

"Məğlub olan ruslar mülki obyektlərə qarşı müharibə aparmağa davam edir," prezident Volodimir Zelenskinin administrasiyasının rəhbəri Andriy Yermak oktyabrın 31-də Telegram kanalında yazıb.

"Rusiya raketlərinin daha bir partiyası Ukraynanın mühüm infrastrukturunu vurur. Rusiya döyüş meydanında vuruşmaq əvəzinə dinc sakinlərlə vuruşur" – deyə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib.

XS
SM
MD
LG