Accessibility links

Qırğızıstanda parlament seçkiləri keçirilir


Qırğızıstanda parlament seçkiləri keçirilir
Qırğızıstanda parlament seçkiləri keçirilir

Qırğızıstanda yeni parlamentə seçkilərdə səsvermə məntəqələri bağlanıb. Seçkilərin zorakılıqlardan sonra ölkəyə sabitlik gətirəcəyinə ümid edilir. 120 yerlik parlamentə seçilmək üçün ondan çox partiyadan namizədlər seçkilərdə iştirak edir. Seçki rəsmilərinin bildirdiyinə görə, ölkədə 2.8 milyon seçicinin 43 faizi səs verib. Müvəqqəti hökumətin prezidenti Roza Otunbayeva paytaxt Bişkekdə səs verib və seçkilərin ədalətli və şəffaf olacağına söz verib. O, seçkilər nəticəsində seçiləcək yeni parlamentin Qırğızıstanın tarixində yeni səhifə açacağını bildirib.

İyun ayında referendum zamanı qırğızlar prezidentin hakimiyyətini azaldan və parlamentə daha çox səlahiyyət verən yeni konstitusiyaya səs vermişdir.

Prezident Roza Otunbayevanın hökuməti hakimiyyətə aprel ayında Kurmanbek Bakiyev prezidentlikdən devrildikdən sonra gəlib. Qırğızıstanda iyun ayında qırğızlar və özbəklər arasında etnik zəmində iğtişaşlar nəticəsində yüzlərlə insan öldürülmüş, 400 000 artıq insan yerlərindən didərgin düşmüşdü.

XS
SM
MD
LG