Qırğızıstan və Tacikistanın sərhədçiləri arasında sərhədin mübahisəli hissəsində atışma olub. Bu, iki qonşu ölkə arasında baş verən ən son zorakılıqdır. Ötən il baş verən bənzər toqquşma nəticəsində onlarla insan həyatını itirmişdi.
Yanvarın 27-də Tacikistanın şimalındakı rəsmilər bildirib ki, üç tacik sərhəd mühafiəçisi aldıqları xəsarətlər nəticəsində xəstəxanaya yerləşdirilib. İki Orta Asiya ölkəsi bir-birini sərhəddəki yolu blok etməkdə ittiham edib.
Qırğıstan tərəfindən tələfatların olduğuna dair dərhal məlumat paylaşılmayıb.
Xəbərlərdə gündüz saatlarında da toqquşmaların davam etdiyi bildirilib.
Qırğızıstanın cənub Batken regionunda sərhəd mühafizə xidmətinin başçısl Kyyal Tolobayev yanvarın 27-də Azadlıq Radiosuna bildirib ki, Tacikistan tərəfinin sərhədin mübahisəli hissəsi olan Tork-Xoçonu keçən yolu “birtərəfli qaydada” blok etməsindən saatlar sonra hər iki tərəfdə atəş səsləri eşidilib. Tolonbayev əlavə məlumat paylaşmayıb.
Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi günün əvvəlində bildirib ki, Tolonbayev və onun tabeliyində olan polkovnik Rüstəm Mirşakirov vəziyyəti nəzarət altına altmaq üçün Tort-Koço ərazisinə gedib.
Bu arada isə Batkenlə sərhəddə yerləşən Tacikistanın İsfara regionunun sözçüsü Zubaidullo Şamodov Azadlıq Radiosuna bildirib ki, yol Qırğızıstan tərəfindən blok olunub.
Qırğızıstanla Tacikistan arasında 970 kilometrlik sərhəd hələ də demarkasiya olunmayıb. Bu da iki ölkə 30 il öncə Sovet İttifaqının süqutundan sonra müstəqillik qazanandan bəri davamlı gərginliklərə səbəb olub.
Orta Asiyadakı bir çox sərhəd əraziləri Sovet İttifaqının 1991-ci ildə süquta uğramasından bəri mübahisəlidir.
Vəziyyət ələlxüsus da Tacikistan, Qırğızıstan və Özbəkistan sərhədlərinin birləşdiyi qeyri-sabit Fərqanə vadisindəki bir çox eksklavların yanında daha da mürəkkəbdir.
Ötən aprel ayında Tacıkistan-Qırğızıstan sərhədində hərbi personalın cəlb olunduğu toqquşma nəticəsində hər iki tərəfdən onlarla insan həyatını itirmişdi.