Accessibility links

Ləğv edilmiş “Bank Standart”ın əmanətçiləri pullarının qaytarılmasını tələb edib


bank Standart
bank Standart

Aprelin 30-da “Bank Standard” Qapalı Səhmdar Cəmiyyətinin bir qrup əmanətçisi Prezident Administrasiyasının qarşısında aksiya keçirib.

Şikayətçilər İlham Əliyevin şəklini və “Bank Standart əmanətlərimizi qaytar!” sözlər yazılmış plakat qaldırıb.

“Artıq üç ildir bura gəlirik. Niyə məhkəmə işimizə baxmır? Heç bir irəliləyiş yoxdur. Biz artıq bilmirik kimə müraciət edək”, deyə əmanətçilər prezident və birinci vitse-prezidentə müraciət edib.

Ləğv edilmiş “Bank Standart”ın əmanətçilər pullarınəın qaytarılmasını tələb edib (Foto Azadlıq radiosunundur)
Ləğv edilmiş “Bank Standart”ın əmanətçilər pullarınəın qaytarılmasını tələb edib (Foto Azadlıq radiosunundur)

Aksiyaçılar imza toplayaraq prezidentə yazılı müraciət də ünvanlayıb.

Ləğv edilmiş bankın keçmiş məsul şəxsləri və rəsmi qurumlar etirazçıların müraciətinə hələ münasibət bildirməyib.

“Bank Standard” QSC 2016-cı ilin sentyabrında ləğv olunub. Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirib ki, bankda 520 milyon manat cəlb olunmuş əmanət olub. Bunun 460 milyon manata yaxını qorunan əmanətlərdir.

Əmanətlərin Sığortalanması Fondu dəqiləşidirib “Bank Standard”da 438.6 milyon manat qorunan əmanət olub. Həmin əmanətlərin 99 faizini qaytardığını bildirib.

2015-ci ildə Azərbaycanda iki devalvasiya baş verib. Nəticədə manat dollar qarşısında iki dəfədən çox dəyər itirib. Azərbaycanda bu proses başlayandan 10-dan çox bank bağlanıb. Bu, onların öhdəliklərini yerinə yetirə bilməmələri ilə izah edilib. Bu yaxınlarda Əmanətlərin Sığortalanması Fondu bildirib ki, qorunan əmənətlərin 99 faizi qaytarılsa da hələlik, qorunmayan əmanətlərin qaytarılacağından söhbət getmir.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG