Accessibility links

Lady Gaganın İndoneziyada konserti ləğv edildi


Amerikalı pop ulduzu Lady Gaganın təmsilçiləri müğənninin İndoneziyada planlaşdırılmış 3 iyun konsertinin ləğv edildiyini bildirirlər. Onlar buna səbəb kimi İslamçı radikalların hədəsini göstərirlər.

Lady Gaganın vəkili Minola Sebayanq deyib ki, konsert planlaşdırıcları təkcə müğənninin deyil, habelə tamaşaçıların təhıükəsizliyinə görə narahatdırlar.

İndoneziya polisi Lady Gaga öz tonunu dəyişmədiyi halda konsertə icazə verməkdən imtina edib. İslam Müdafiəçiləri Cəbhəsi (FPI) Lady Gaganın təyyarədən düşməsini əngəlləmək üçün 30,000 tərəfdarını aeroporta toplayacağını bəyan etmişdi.

Konsertdən öncə 52,000 bilet satılmışdı ki, bu, Asiyada ən çox bliet satılmış törən sayılır.

XS
SM
MD
LG