Accessibility links

Sağlam qidanlanmaq istəyən insaları cəlb edən Larriland ferması [Video]


Oktyabr Birləşmiş Ştatlarda məhsul yığımı mövsümü sayılır və ölkə boyu fermalardakı ilin ən məşğul zamanı olur. ABŞ-ın Merilend ştatında Larrilend Ferması adlı kiçik bir ferma yerləşir. Bu ferma təzə məhsulları və 50 ildir təşkil etdiyi payız fəaliyyətləri ilə məşhurdur.

Kənd təsərrüfatı Vaşinqtondan yarım saatlıq məsafədə yerləşən Merilend ştatının Hovard Qraflığının özülüdür. Orada 300 ferma yerləşir və bunlardan biri də 135 hektarlıq Larriland Fermasıdır.

Məhsullar təzədir, onlara heç bir kimyəvi maddə vurulmayıb. Siz yerli biznesləri, yerli fermaları da dəstəkləyirsiniz və bu hər kəsin xeyrinədir.

Məhsul mövsümü zamanı ziyarətçilər Larrilend fermasına ya oradakı mağazada satılan, ya da özlərinin topladıqları təzə meyvə-tərəvəzləri almağa gəlirlər.

Ən çox sevilən məhsullara alma, qarğıdalı və balqabaq daxildir. Ziyarətçilər isə burada keçirdikləri vaxtdan zövq alır.

“Mən kənd yerində olmağı sevirəm. Mən günəşi hiss etməyi, maşınların səsini eşitməməyi sevirəm. Bura daha rahatdır, daha ucuzdur, həm də almanı öz əlinlə toplayıb, səbətə qoyub əvə gətirmək prosesinin də ayrı bir ləzzəti var”.

“Məhsullar təzədir, onlara heç bir kimyəvi maddə vurulmayıb. Siz yerli biznesləri, yerli fermaları da dəstəkləyirsiniz və bu hər kəsin xeyrinədir.”

“İnsanlar hər zaman təzə məhsullar yeməlidir, çünki onlar daha xeyirli və sağlamlıq üçün daha faydalı olur. Ancaq təzə məhsul yetişdirmək fermer üçün də faydalıdır, çünki beləcə məhsul minlərlə kilometr yol getməkdənsə, fermadan dərhal istehlakçıya çatır.”

Balqabaq
Balqabaq

ABŞ Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, artıq əvvəlkindən daha çox amerikalı yerli məhsul alır. Nazirliyin verdiyi məlumata əsasən, yerli fermaların satışları 2008-ci ildə 4,8 milyarddan 2014-cü ildə 12 milyardadək artıb.

“İndi satmaq əvvəlkindən daha asandır. Biz müştəri bazası və biznes qurmaq üçün çox çalışdıq. İndi isə elə bir trend yaranıb ki, insanlar fermərlərini tanıyır. Yerli təzə məhsullar alıb yeyirlər, bu çox gözəl bir haldır. Bunun səbəbkarı isə bizik.”

Yerli fermalardan yemək almaq sağlamlıqları və karbon dioksid emissiyalarından narahat olan bir çox amerikalı üçün artıq ehtiyaca çevrilib.

XS
SM
MD
LG