Accessibility links

Stefen Paddokla bağlı dəlillər əldə edilib


Las-Veqas polisinin bildirdiyinə görə, Mandalay Bay kazino otelinin 32-ci mərtəbəsindən 58 nəfəri qətlə yetirən, yüzlərlə insanı yaralayan Stefen Paddokla bağlı istintaqın bir hissəsi olaraq axtarılan avtomobil aşkar edilib.

Polis Hyundai Tucson markalı avtomobili Paddokun Renoda sevgilisi Marilo Danli ilə yaşadığı evində aşkar edildiyi barədə xəbəri cümə axşamı açıqlayıb. Avtomobilin cümə axşamı, yaxud daha əvvəl aşkar edildiyi aydın deyil.

Klark mahalının polis rəisi Cozef Lombardo Las-Veqasda keçirilən "Life is Beautiful" festivalından bir həftə əvvəl Paddokun oteldə nömrələr aldığını deyib.

Klark Mahalı komissarı Stiv Sisolakın "Las Vegas Sun"a verdiyi məlumatına istinadən bildirilib ki, kütləvi qırğın qurbanları və onların ailələri üçün GoFundMe hesabına 9.5 milyon dollar toplanıb və məbləğin yüz milyonlarla dollara catacağı təxmin edilir.

Las-Veqas Qurultayı və Müsafir Təşkilatının prezidenti hadisənin turizmə təsirindən danışmaq vaxtı olmadığını deyib. Rossi Ralentkot bildirib ki, Las-Veqasın təbliği vaxtı gələcək, amma indi deyil.

Media hüquq-mühafizə orqanlarına istinadən bildirib ki, ABŞ tarixində ən ağır kütləvi qırğın törədən Paddok bundan əvvəl də Çikaqo və Las-Veqasdakı mehmanxanalarda otaq bron edib.

Stefen Paddok
Stefen Paddok

Məlumatda Paddokun avqust ayında Çikaqoda hər il yüz minlərlə insanın toplaşdığı "Lollapalooza" musiqi festivalının keçirildiyi yerdəki mehmanxanada iki otaq bron etdiyi deyilib. Lakin TMZ veb səhifəsində bildirilib ki, Paddok mehmanxanaya getməyib və onun həmin həftə Çikaqoda olub-olmadığı bəlli deyil.

Klark mahalının polis rəisi Cozef Lombardo Las-Veqasda keçirilən "Life is Beautiful" festivalından bir həftə əvvəl Paddokun oteldə nömrələr aldığını deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG