Accessibility links

Əfsanəvi Las Veqasın qaranlıq tərəfi [Video]


Əfsanəvi Las Veqasın qaranlıq tərəfi
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Özünün rəngarəng reklamları və gözqamaşdırıcı çıraqları ilə məşhur olan Las Veqas şəhərinin altında tunellər var. Bu tunnelər daşqınların qarşısını almaq üçün nəzərdə tutulub. İndi bu tunellərdən bəziləri yüzlərlə evsiz insanın sığınacağına çevrilib.

“Əfsanəvi Las Veqasa xoş gəlmisiniz!” yazılmış bu lövhə Birləşmiş Ştatların və dünyanın hər yerindən gələn turistləri salamlayır. Lakin gözqamaşdırıcı Las Veqas şəhərinin o qədər də uzaqda olmayan başqa, qaranlıq tərəfinin olduğunu bilənlər çox azdır.

“Shine A Light” qeyri-hökumət təkşilatının yardımı ilə Amerikanın Səsinə bu tunnelllərdən birində sığınacaq tapan 30-a qədər insanla görüşməyə yardım edib.

Özünə tunelin girəcəyində yer tapan Kris özünü buranın gözətçisi kimi aparır. O, tuneldə yaşayanlara buraya gələnlər barədə xəbər verir.

Tunelin dərinliyinə getdikcə görüntü dəyişir. Orada elektrik, yerdə xalça, divarlarda rəsmlər görmək olar.

Burada yaşayanlardan bəziləri şəhərin altındakı həyatdan danışmağa razılıq verir. Tunel sakini Robert: “Buranın tunel olması mənim vecimə deyil, əsas odur ki, pulsuzdur. Burada yalnız axar su yoxdur. Biz istəyəndə yuxarı qalxıb günəşi də görrürk. Tunel o qədər də pis yer deyil. Las Veqas pisdir. Mən bu şəhərə nifrət edirəm.”

“Mən də qadın işləri görürəm, yemək bişirirəm, paltar yuyuram. Biz ailə kimiyik. Evsizlər arasında siz özünüzü rahat hiss edirsiniz, çünki siz də onlar kimi buradasınız. Lakin mən burada qalmaq istəmirəm” deyə. tunelin digər sakini Bonni bildirir.

Tunelin öz qanunları var və sən bu qanunlara əməl etmirsənsə, sənə burada qalmağa icazə verməzlər. Bu qaydalara yaşadığın yeri təmiz saxlamaq və digərlərinə hörmət etmək də daxildir.

Kreyqə tuneldə mer deyirlər. O burada 7 ildir yaşayır və qolf klublarında itən topları yığıb satır. O bütün bu tuneldə yaşayanlar arasında ayda social təminatdan 800 dollar alan yeganə şəxsdir.

Yerin altında yaşayanların həyat hekayələri demək olar ki, eynidir - küçədə yaşayırlar, narkotik maddədən asılıdırlar. Pol da yerin altında yaşayıb, lakin oradan çıxmağı bacarıb. Hazırda Pol qeyri-hökumət təşkilatı olan “Shine A Light”-ın üzvüdür və vaxtaşırı bu tuneldə yaşayanlara yemək və paltar gətirir. “Mən həyatımı dəyişmək əvəzinə uzun zaman narkotik maddənın təsiri altında qalmağı seçdim. O vaxta qədər ki, mən həyatımı dəyişməyə qərar vedim və həmin gündən hər şey dəyişdi.”

İndi isə o, yerin altındakıları inandırmağa çalışır ki, tunelin sonunda işıq var və onlar həyatlarını dəyişə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın şərqində əməliyyatları gücləndirir
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG