Accessibility links

Las-Veqasda qətliam: 59 ölü, 527 yaralı


Las-Veqas polisinin verdiyi məlumata görə, bazar gecəsi Stefen Paddok adlı Nevada ştatı sakini kountri musiqi konserti zamanı atəş açaraq ən azı 59 nəfəri öldürüb, 527 insanı yaralayıb. Bu, ABŞ tarixinin ən ölümcül atışma insidenti sayılır.

Polis qatilin 64 yaşlı Stefen Paddok olduğunu bildirir. O, Nevada ştatının Meskit qəsəbəsində yaşayırdı. Qatil 22,000 insanlıq konsert tədbirini Mandalay Bay kazino-otelinin 32-ci mərtəbəsindən nişangaha götürüb. Onun istehkamlandığı otel otağı konsert məkanı ilə üzbəüz olub.

Qatil 22,000 insanlıq konsert tədbirini Mandalay Bay kazino-otelinin 32-ci mərtəbəsindən nişangaha götürüb.

Şeriff Cozef Lombardo deyir ki, xüsusi təyinatlı polis dəstəsi atıcının otağına daxil olarkən onun orada cəsədini aşkar edib. Belə güman edilir ki, Paddok özünü öldürüb. Polis onun otağından 23 ədəd odlu silah aşkar edib. Bundan əlavə onun evlərindən birində də 19 tüfəng tapılıb.

Hadisə yerindən yayılan videoda davamlı silah atəşləri açıldığı, insanların gizlənməyə çalışdıqları və qışqıraraq konsert keçirilən yeri tərk etdikləri görünür.

Konsert iştirakçılarından biri bu sözləri deyib: “Atəş dayanmadan davam edirdi. Arada çox kiçik fasilələr olurdu. Amma elə təəssürat var idi atəş 20 dəqiqə davam etdi. Hər dəfə pauza olanda biz qaçmağa cəhd edirdik. Mən uzun müddət əmin deyildim ki, bu, həqiqi güllələr idi. Sonra həmin güllələrdən biri yanımızda olan bir şəxsə dəydi.”

Konsert zamanı öldürülənlər arasında vəzifə başında olmayan polislər də var.

Hadisədən sonra insanlar Las-Veqasın məşhur turist məkanında yerləşən bir çox oteldə sığınacaq axtarıb. Yaxınlıqda yerləşən Las-Veqas Beynəlxalq Hava Limanı müəyyən müddətə bağlanıb.

Hücumun motivləri bəlli deyil. "Biz indiki zamanda bu adamın incanları haqda məlumata malik deyilik," deyə şeriff bildirib. O, əlavə edib ki, Paddokun hansısa militant qrupa üzv olmasına inanmır.

Lakin İslam Dövləti qrupu hücumun məsuliyyətini üzərinə alaraq, hücumçunu bir neçə ay əvvəl İslamı qəbul edən "əsgəri" adlandırıb.

Federal Təhqiqatlat Bürosu (FBI) isə Paddokun hər hansı beynəlxalq terror qrupu ilə əlaqəsinin olduğuna dair dəlil tapmadığını bildirib.

XS
SM
MD
LG