Accessibility links

Donald Tramp Las-Veqasdadır


ABŞ prezidenti Donald Tramp çərşənbə günü Las-Veqasa səfər edib.

"Biz oraya son ehtiramımızı göstərməyə, polisin qısa müddətdə gördüyü işlərə baxmağa gedirik" -deyə prezident Vaşqintonu tərk etməzdən öncə müxbirlərə bildirib.

Tramp birinci xanım Melania ilə xəstəxanada xəsarət alanlara baş çəkib və hadiəsənin qurbanlarının ailə üzvləri, daha sonra ABŞ dövlət başçısı hadisəyə cevik cavab verənlərlə görüşüb.

Tramp davam etməkdə olan istintaqa görə Las-Veqasda çox qalmayacaq.

Müstəntiqlər isə hələ də otel nömrəsindən musiqi festivalında iştirak edənlərə atəş açaraq 58 nəfərin ölümünə səbəb olan, sonra da intihar edən şəxsin niyə bunu etdiyini müəyyən etməyə çalışır.

Rəsmilər ümid edir ki, Stefen Paddokun sevgilisi araşdırmanın gedişatına kömək edə biləcək. Hadisə baş verərkən Filippində olan həmin qadın çərşənbə günü təyyarə ilə ABŞ-a qayıdıb. O, Los Anceles beynəlxalq hava limanında Federal Təhqiqatlar Bürosunun agentlərilə görüşüb.

Las-Veqasın polis şerifi Cozef Lombardo Paddokun hadisədən qısa müddət əvvəl Filippinə 100 min dollarlıq pul göndərdiyi haqda məlumata münasibət bildirməyib. Pulun kimə göndərildiyi hələlik məlum deyil.

Təhqiqatçılar üçün hələ də hər hansı bir siyasi və ya dini qruplarla əlaqəsi olmayan, kriminal keçmişi təmiz, maliyyə cəhətdən yaxşı vəziyyətdə olan Paddokun niyə belə bir qətliam həyata keçirdiyi sirr olaraq qalmaqdadır.

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG