Accessibility links

Las Veqasda 2020-İstehlakçı Elektron Şousu açılıb


Las Veqasda 2020-İstehlakçı Elektron Şousu açılıb
please wait

No media source currently available

0:00 0:02:30 0:00

Şouda nəhəng və kiçik şirkətlərin istehsal etdiyi robotlar, dronlar, süni intellekt və virtual reallıq kimi müxtəlif texnologiyalar nümayiş etdirilir.

Kazino və rəngarəng işıqları ilə tanınan Las Veqas bu həftə texnologiya sənayesinin episentrinə çevrilib. Dünyanın hər yerindən 4 mindən artıq eksponat və 170 min seyirçi bir araya gəlib.

"İnsanlar özlərinə uyğun texnoligiya axtarır. Hər bir şirkət daha yaxşı gələcək üçün texnoligiyaya ehtiyacı olduğunu bilir" - deyə, şounun vitse-prezidenti Karen Çupka bildirib.

Ziyarətçilərin üçdə bir hissəsindən çoxu xaricidir.

Onlardan biri Pyer Rone Fransadan gəlib. O burada Riçi adlı robotunu nümayiş etdirir. Bu robot insanlarla oyun oynayır, oyun bitdikdən sonra isə kədərləndiyini göstərir.

"Bu şou Riçi üçün əla bir imkandır. Burada o, nə edə bildiyini göstərir."

Sərginin gözlənilməz qonaqları da var. Çarmin tualet kağazı Procter & Gamble's texnologiyasını nümayiş etdirir. Robot tualet kağızı paylayır.

"Tualetdəsiniz. Kağız yoxdur. Siz nə edirsiniz? Ağıllı telefonu çıxarırsınız. Və Çarmin robotu sizin gününüzü xilas edir" - deyə, Procter & Gamble's şirkətinin araşdırmaçısı Qreq Viver deyib.

Burada ağıllı sobalar, heyvanlar üçün qapılar, ağıllı duşlar və diş fırçaları nümayiş etdirilir. Bu fırça radio tezliklərii vasitəsi ilə dişləri təmizləyir.

"Şou innovasiyaların sərgisidir. Stomatologiya sahəsində innovativ məhsullar çox deyil. Dişlərin təmizlənməsinə gəldikdə illərdir eyni şeylər təkrar olunur. Bu isə fırçalanmanın daha yüksək səviyyəsidir" - deyə, Home Skinovations şirkətindən Liora Levi bildirib.

Əlbəttə, innovatorların çoxu yeniliklər üzərində işləyir. Məsələn ağıllı gözlüklər insanın gördüklərini yadda saxlayır.

"Sizə baxdıqda gözlükdən mənim adımı soruşa bilərsiniz. Sənin adın nədir, onun adı nədir? ", Ganzin Technology şirkətindən Şao-Li Çiyen deyib.

Və ya beyin dalğalarını oxuyan texnologiya. Bu ilin yeni trendi olan bu texnologiya meditasiyaya yardım edir.

Hər il keçirilən bu şou texnoloji inkişafların nümayişidir.

XS
SM
MD
LG