Accessibility links

ABŞ prezidenti Las-Veqas hücumuna münasibət bildirib. Donald Tramp deyib ki, bizi bu gün bir araya gətirən ötən gecə Las-Veqas konsertində baş verən faciədir.

Mən və Melania bütün xalqa dua edirik.

ABŞ dövlət başçısı yüzlərlə insanın hazırda matəm içərisində və onların itkilərinin böyük olduğunu deyərək onlara səbir diləyib.

Tramp yaralıların daha tez sağalması üçün dua etdiyini deyib. O, çərşənbə axşamı günü Las-Veqasa yola düşərək, qurbanların ailə üzvləri, yaralılar və hüquq mühafizə orqanlarının üzvləri ilə görüşəcəyini bildirib.

Prezident şərin qalib gələ bilməyəcəyini deyərək, qaranlıqların işıqlı tərəfi olduğunu bildirib.

“Mən və Melania bütün xalqa dua edirik. Tanrı Amerikanı qorusun!” – deyə prezident çıxışını bitirib.

Bizim vəhdətimizi şər poza bilməz. Bizim tellərimiz zorakılıqla qırıla bilməz.

Cədvəlini dəyişən prezident çərşənbə günü Las Veqasa səfər edəcəyini elan edib. Orada o, hadisə qurbanlarını şərəfləndirməyi planlaşdırır.

"Belə bir faciə və dəhşət anında, Amerika bir araya gəlməlidir. Və o həmişə belə edib," Tramp deyib. "Bizim vəhdətimizi şər poza bilməz. Bizim tellərimiz zorakılıqla qırıla bilməz."

Qətl aktını "mənasız" adlandıran prezident deyib ki, Amerikanı "bu gün və daim" sevgi hissi ifadə edir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG