Accessibility links

Las Veqasda Billbord Musiqi Mükafatı mərasimində bir çox məşhur iştirak edib


Las Veqasda keçirilən bu ilki Billbord Musiqi Mükafatı mərasimində bir çox məşhur iştirak edib.

Kerri Andervud, Viz Xalifa və Kristin Teyqin mərasim iştirakçılarının sırasında olub.

Mərasim iştirakçıları arasında ən şıq görünən Şakira olub. Müğənni Riki Martin rəsmi “Vida” adlı Braziliya Dünya Kuboku mahnısını ifa edərək mərasimə Dünya Kuboku futbol əhval ruhiyəsi gətirib.

Gənc repper İqqi Azalea da mərasimdə iştirak edib.

Billbord Musiqi Mükafatı mərasimə gələ bilməməsinə baxmayaraq Castin Timberleyk Beyonsi və Dreyki geridə qoyaraq ilin ən yaxşı artisti mükafatının qalibi olub.

Kendall və Kayli Cennerlər də qonaqlar arasında olublar.
XS
SM
MD
LG