Accessibility links

Las Veqasdan Londona istiqamət götürmüş təyyarədə yanğın baş verib


Yanğını tez zamanda söndürmək mümkün olub

Las Veqasdan Londona istiqamət götürmüş British Airways şirkətinə məxsus təyyarədə motor hərəkət etməyə başlayandan az sonra yanğın baş verib.

2276 nömrəli reyslə uçuşa hazırlaşan təyyarənin 172 nəfərdən ibarət sərnişin və ekipaj üzvü kabinanın içi tüstü ilə dolduğu üçün fövqəladə hallarda işlədilən hava dəhlizi vasitəsilə təyyarəni tərk ediblər. 50-ə yaxın yanğınsöndürən yanğını 5 dəqiqə ərzində söndürməyə nail olub.

“Birdən partlayış səsi gəldi və təyyarə silkələndi. Mən birinci elə bildim ki, təkər partladı, amma sonra yenə partlayış səsi gəlid və təyyarə dayandı,” deyə bir sərnişin bildirib.

Bir neçə nəfər evakuasiya zamanı aldıqları kiçik xəsarətlərə görə yaxınlıqda yerləşən xəstəxanaya aparılıb.

Yanğından iki saat sonra təyyarə uçuş-enmə zolağından yığışdırılanadək aviasiya rəsmiləri uçuşları təxirə salıblar.

XS
SM
MD
LG