Accessibility links

Rusiya - Ukrayna münaqişəsində son durum: 15 mart


Rusiya ilə Ukrayna arasında münaqişədə son durum (Vaşinqton vaxtı ilə):

11:51: Amerikanın FOX News şəbəkəsi çərşənbə axşamı jurnalist Pier Zakrjevskinin bazar ertəsi Kyiev yaxınlığında Horenkada hücum zamanı xəsarət alması nəticəsində öldüyünü açıqlayıb. FOX-un icraçı direktoru Suzan Skott verdiyi açıqlamada Zakrjevskinin FOX şəbəkəsinin müxbiri Bencamin Halla birlikdə olduğu avtomobilə zərbə endirildiyini bildirib. Britaniyalı amerikalı jurnalist Hall yaralanıb, hazırda müalicə aldığı xəstəxanada qalır.

11:33: Reuters agentiyinin verdiyi məlumata görə, Ukraynanın baş naziri Denis Şmıqal çərşənbə axşamı deyib ki, hökumət müharibənin iqtisadi şokunu yumşaltmaq üçün bir sıra yeni tədbirlər çərçivəsində fermerlər üçün 846 milyon dollarlıq kredit proqramını maliyyələşdirəcək. Şmıqal video müraciətində kiçik və orta biznes üçün əvvəllər parlament tərəfindən təsdiq edilmiş yeni vergi güzəştlərindən də danışıb.

10:53: Dövlət Departamenti Rusiyanın müdafiə sənayesinin 11 əsas üzvünə qarşı sanksiyalar elan edib.

10:36: Ukraynadan qaçqınların əksəriyyəti Avropa İttifaqı ölkələrinə köçürlər. Ukraynalılar onsuz da Avropa İttifaqına 90 günədək vizasız səyahət edə bilirdilər. Hərbi müdaxilə başlayandan bəri vəziyyət və qaçqınların sayı tez-tez dəyişir. Bu səbəblə də Avropa İttifaqının icraedici orqanı olan Avropa Komissiyası Müvəqqəti Mühafizə Direktivini işə salıb ki, bu da müharibədən qaçanları dərhal qoruma, habelə məktəb, səhiyyə xidmətləri və işə çıxışla təmin edir.

10:21: Rusiya Ukraynadakı humanitar vəziyyətlə bağlı öz qətnamə layihəsini irəli sürəcək. Bunu Moskvanın Birləşmiş Millətlər Təşkilatındakı nümayəndəsi çərşənbə axşamı söyləyib. Səfir Vasili Nebenzia həmçinin deyib ki, Rusiya Ukraynada xüsusi hərbi əməliyyatı demilitarizasiya daxil olmaqla hədəfinə çatdıqda hərbi müdaxiləsini dayandıracaq.

Bu arada isə Təhlükəsizlik Şurasının Ukraynadakı humanitar vəziyyətlə bağlı iki həftədir üzərində danışıqların aparıldığı qətnamə layihəsinin sponsorları onu şurada səsverməyə qoymayacaqarını, bunun əvəzinə Baş Assambleyada daha çox üzvlərin səsverməsinə qoyacaqlarını bildiriblər. “Aydındır ki, Təhlükəsizlik Şurasında çətin olacaqdır, və bunun səbəbini izah etməyə ehtiyac yoxdur,” Fransanın səfiri Nikols de Rivier müxbirin sualına cavab olaraq deyib. Rusiya 15 üzvlük şurada veto haqqına sahibdir.

“Biz düşünürük ki, artıq məsələni Baş Assableyada qaldırmaq və humanitar çıxış, zorakılıqların dayandırılması, beynəlxalq humanitar qanunlara hörmət, Cenevrə Konveniysalarına hörmətlə bağlı təşəbbüsə bütün üzvlərin dəstəyini qazanmaq vaxtıdır,” səfir de Rivier deyib. “Biz bunu edə biləcəyimizə nikbinik. Nə qədər tez olsa, o qədər yaxşıdır. Oradakı vəziyyət hər saat pisləşir.”

9:54: Rusiyanın hərbi müdaxiləsi başlayandan vəri Ukraynanı hər gün on minlərlə insanın tərk etməsinə baxmayaraq, kiçik amma getdikcə artan sayda qadın digər tərəfə yönəlirlər.

Təhlükə altında olan qohumlarına və ya ölkələrinin müdaifəsinə töhfə vermək istəyən bu qadınlar bomba təhlükəsizni gözə alaraq Ukraynaya gedirlər.

“Mən geri gedib, kömək edəcəm. Mən səhiyyə işçisiyəm, oradakı xəstəxanaların köməyə ehtiyacı var,” Polşanın Przemisl şəhərindən Lvivə üz tutan 50 yaşlı İrina Orel deyir. “Və mən sona qədər orada qalacağam,” o deyib.

“Mən başqalarını təxliyyə etməyə kömək etmək üçün Ukraynaya qayıdıram,” italiyada yaşayan amma Ukrayna paytaxt Kyivə getməyi planlaşdıran Maria Xalitsa deyir. “mən raket və bomba hücumlarının altında olan dostlarımdan daha stabil vəziyyətdəyəm.”

BMT-nin qaçqın agentliyi və Urkayna rəsmilərinin dediyinə görə, Ukrayna hökuməti kişilərin ölkədə qalıb, döyüşmələrinə göstəriş verdiyi üçün, ölkədən qaçanların əksəriyyətini qadınlar, uşaqlar və yaşlılar təşkil edir.

9:33:Rusiya Prezidenti Vladimir Putin media orqanlarına qarşı təqibləri davam etdiyi bir vaxt, bir çox müşahidəçi Rusiya xalqının Rusiyanın Urkaynaya hərbi müdaxiləsi ilə bağlı xəbərləri haradan aldıqlarını sual edir.

9:21: Çex Respublikası, Polşa və Slovenyanın baş nazirləri çərşənbə axşamı Rusiyanın hücumu fonunda Ukraynaya “açıq” dəstəklərini ifadə etmək məqsədilə Kyivə səfər edirlər. Üç lider Ukrayna Prezidenti Volodimir Zelenski və Baş nazir Denis Şmihal ilə görüşəcək.

Çexiyanın Baş naziri Petr Fiala, Polşanın Baş naziri Mateuş Moravieki və Slovenyanın Baş naziri Canez Cansa Kyivə qatarla səfər edirlər və artıq Polşadan Ukraynaya keçiblər. Bu barədə müxbirlərə Moraviekinin müşaviri Mixal Dvozik məlumat verib. Polşa lideri bunu tarixi missiya adlandırıb.

Üç lider insanları hələ də gecələri yeraltı metro stansiyalarında keçirməyə məcbur edən bombardman altında olan şəhərə üz tutublar. Xarici baş nazirlərə öz paytaxtında ev sahibliyi etmək ölkəsini hər axşam Kyivdən verdiyi mesajlarla birliyə çağıran Zelenski üçün simovlik bir uğurdur.

9:12: Çərşənbə axşamı Rusiya Kyivə əlavə hücumlar edib və bir neçə yaşayış binası atəşə tuş gəlib. Svyatoşin rayonunda azı iki çoxmərtəbəli bina böyük zərər görüb və yanıb. Azadlıq Radiosunun müxbiri Levko Stek bazar ertəsi şəhərin Kurevinka rayonunda başqa bir hücum nəticəsində bir nəfərin öldüyünü, 10 nəfərin yaralandığını bildirib. Stek orada Kyivin meri Vitali Kliçko ilə danışıb. Kliçko hücumların Rusiya qüvvələrinin mülki vətəndaşları hədəf alqıqlarına sübut olduğunu deyib.

8:56: Canlı yayım zamanı etiraz etməsi səbəbilə saxlanılan Rusiya dövlət mediasının işçisini təmsil edən vəkil müvəkkilini tapa bilmədiyini deyib.

Marina Ovsyannikova Rusiyanın 1-ci kanalında canlı xəbər verilişi zamanı üzərinə rusca “Müharibəyə yox. Müharibəyə son qoyun. Təxribata inanmayın. Onlar sizə yalan danışır” yazılan plakat nümayiş etdirib.
Rusiyanın dövlət Tass xəbər agentliyinin məlumatına görə, Ovsyannikova silahlı qüvvələri gözdən salmağı qadağan edən qanun altında ittihamlarla üzləşə bilər. Ovsyannikova saxlanılıb. Ancaq vəkili Pavel Şixov onun 12 saatdan çoxdur yerini müəyyən etməyin mümkün olmadığını deyib.

Reuters bildirir ki, Kreml çərşənbə axşamı Ovsyannikovanın hərəkətlərinin “xuliqanlıq” olduğunu deyib. BMT-nin İnsan Hüquqları İdarəsinin sözçüsü çərşənbə axşamı brifinq zamanı deyib ki, Rusiya Ovsyannikovanın “ifadə azadlığından istifadə etdiyinə görə heç bir repressiyaya məruz qalmamasını” təmin etməlidir.

8:30: Kyivin meri Vitali Kliçko Ukraynanın paytaxtında yerli vaxtla çərşənbə axşamı axşam saat 6-dan cmüə axşamı səhər saat 7-dək 35 saatlıq komendant saatı elan edib. Mer çərşənbə axşamı hava hücumları nəticəsində dörd nəfərin öldüyünü təsdiq eib.

Kliçko deyib ki, şəhərdə hərəkət edə bilmək üçün xüsusi icazə lazım oalcaq. “Paytaxt Ukraynanın ürəyidir və müdafiə olunacaq. Biz hazırda Avropanın azadlıq və təhlükəsizliyin simvoli və irəli əməliyyatının bazası olan Kyivdən vaz keçməyəcəyik,” o əlavə edib. Bundan əlavə Prezident Volodimir Zelenski çərşənbə axşamı Rusiya əsgərlərinə yaşam və ya ölüm ultimatumu verəcək, onları təslim olmağa çağırıb.

8:05: Ukrayna çərşənbə axşamı yenidən mühasirə olunan Mariupol şəhərinə ləvazimatlar çatdırmağı cəhd etməyi planlaşdırıb. Bu arada isə Rusiyanın icazəsi ilə şəhəri tərk edən mülki vətəndaşlardan ibarən karvan təhlükəsiz bir yerə çatıb və Beynəlxalq Qırmızı Xaç Komitəis oradakı vəziyyətlə bağlı dərin narahatlığını ifadə edib.

Bundan əlavə Qırmızı Xaç təşkilatı çərşənbə axşamı Ukraynanın mühasirə olunan Sumi şəhərindən 30 avtobusla dolu mülki vətəndaşların təxliyəsini təşkil etməyə ümid bəslədiyini bildirib.

7:37: Beynəlxalq Miqrasiya təşkilatı bildirir ki Rusiyanın hərbi müdaxiləsi başlayandan bəri Ukraynadan 3 milyon insan qaçıb.

6:47: Rusiya rəsmiləri deyib ki, onlar Ukraynaya hərbi müdaxiləsi səbəbilə ölkədən çıxan Qərb şirkətlərinin aktivlərini milliləşdirəcəklər. Ancaq Ağ Evin mətbuat katibi Cen Psaki xəbərdarlıq edib ki, Rusiya bu planı həyata keçirsə, əlavə sanksiyalar və hüquqi addımlarla üzləşəcək. “Rusiyanın bu şirkətlərin aktivlərini ələ keçirməklə bağlı hər hansı qanunsuz qərarı Rusiya üçün daha ağır iqtisadi zərbələrlə nəticələnəcək,” o bildirib. ​

6:20: Bəzi analitiklər deyir ki, Çin Rusiya-Ukrayna böhranında dəyişən vəziyyətə müvafiq siyasi cavab tərtib etmək üçün vaxt qazanmağa çalışır Çinin baş naziri Li Keqianq cümə günü deyib ki, qonşu Rusiyayay qarşı iqtisadi sansiyalar artdığı bir vaxt ölkələr arasında ABŞ və Çin arasında mədəniyyət qapılarını “bağlamamalıdır.” Sanksiyalar Rusiyanın ticarətini hədəf alsa da, onların Rusiya qurumları ilı iş aparan Çin şirkətləri və banklarına genişmiqyaslı təsirləri olacaq.

5:30: Ukraynanın aqibəti üzərində müxtəlif cəbhələrdə döyüşlər gedir. ABŞ rəsmiləri dünya boyu səfərlər edərək qırğından zərər çəkmiş mülki şəxslərlə görüşürlər, həm də münaqişəyə son qoymaq üçün rol oynaya biləcək başqa ölkələrin rəsmiləri ilə üz-üzə və virtual görüşlər keçirirlər.

5:00: Çərşənbə axşamı Ukrayna paytaxtına bir neçə hava hücumu edilib, onlardan biri Kyivdə bir yaşayı binasına dəyib və nəticədə azı iki nəfər ölüb.

4:40: İnvestorlarIN Rusiyanın Ukraynaya hərbi müdaxiləsi ilə bağlı narahatlıqları, Çində COVID-19-a yoluxma halları və ABŞ mərkəzi bankının bu həftə faiz dərəcələrini artırmaq ehtimalı çərşənbə axşamı Asiya və Avstraliya bazarlarının mənfiyə düşməsinə səbəb olub.

Avstraliyanın ASX/S&P indeksi 1.2 faiz azalıb. Şanxayın Kompozit indeksi 4.9 faiz azalıb. Cənubi Koreyada KOSPI indeksi 0.9 faiz, Tayvanın TSEC indeksi isə 1.9 faiz azalıb.

Honq Konqun bençmark Hanq Senq indeksi 6.5 faiz dəyər itirib.

Yaponiyanın Nikkei indeksi isə 0.1 faiz artıb.

Əmtəə bazarlarında isə durum belə olub: qızılın dəyəri 1.3 faiz azalıb, neft qiymətləri dabir bir şəkildə azalıb və ABŞ-ın xam neftinin qiyməti barelinə 97.79 dollar təşkil edib ki, bu da 5 faiz azalma deməkdir, beynəlxalq bençmark olan Brent xam nefti isə 5.2 faiz azalaraq barelinə 101.35 dollara bərabər olub.

4:27: Britaniyanın Xarici İşlər nazirliyi bazar günü Rusiyanın Ukraynaın qərbinə Polşa ilə sərhəddə hərbi təlim mərkəzinə raket hücumunda ölən 35 nəfər arasında üç keçmiş britaniyalı hərbi qulluqçunun olduğuna daur xəbərləri araşdırır. Onların hər üçünün Birləşmiş Krallığın xüsusi qüvvəərinin keçmiş üzvləri olduğu bildirilir.

Ukrayna rəsmiləri Polşa ilə sərhəddən 25 kilometr uzaqda yerləşən Ukraynanın ən böyük hərbi təlim düşərgələrindən birinə azı 12 raketin atıldığını təxmin edir. Ukraynanın havadan müdafiə batareyaları ölkədn qaçan insanlar üçün əsas mərkəz olan Lvivdən 60 kilometr uzaqda yerləşən Yavorivdəki bazaya atəlan başqa raketləri vurub.

Beynəlxalq Sülhməramlı və Təhlükəsizlik Mərkəzinə hücum Rusiyanın indiyə qədər ən qərbə etdiyi zərbədir və Lviv şəhərinin də yaxında münaqişəyə cəlb olunacağına dair narahatlıqları artırıb.

4:15: The Associated Press-in məlumatına görə, Polşa, Çex Respublikası və Sloveniyanın liderləri çərşənbə axşamı Rusiyanın hərbi müdaxiləsi intensivləşdiyi bir vaxt Ukraynana dəstək məqsədi daşıyan Avropa İttifaqı missiyası çərçivəsində hazırda atəşə tutulan Ukrayna paytaxtı Kyivə səfər edirlər.

Çexiyanın Baş naziri Petr Fiala Twitter-də deyib ki, “səfərin məqsədi Avropa İttifaqının Ukraynaya, onun azadlığı və müstəqilliyinə birmənalı dəstəyini ifadə etməkdir.”

Fiala ilə birlikdə Sloveniyanın Baş naziri Canez Cansa, Polşanın Baş Naziri Mateuş Moravieki və Polşa baş nazirinin təhlükəsizlik üzrə müavini və mühafizəkar hakim partiyanın lideri Yaroslav Kaczinski də səfərə qoşulacaq.

3:54: Rusiya iki həftə öncə hərbi müdaxiləyə başlayandan bəri Ukraynadan 2 milyon yarımdan çox insan qaçıb. Regiona bütün dünyadan yardım axır. Onlar adətən kiçik qruplar və ya təkbaşına könüllülər tərəfindən olunur.

3:30: Britaniyanın Müdafiə Naziri çərşənbə axşamı ən son kəşfiyyat məlumatları ilə bağlı brifinqində deyib ki, Rusiya cümə günü Melitopol və Dniprorudne şəhərlərinin merlərinin qaçırılmasından sonra Melitopola öz merini təyin edib.

Məlumatda həmçinin qeyd olunub ki, Rusiya qüvvələri həm də Ukraynanın işğal olunan ərazilərdinə izdihamı dağıtmaq üçün dinc etirazçılara xəbərdarlıq atəşi açıblar.

“Rusiya Xersonu Donetks, Luqansk və Krıma bənzər “separatçı respublika” kimi legitimləşdirmək” cəhdi olaraq ərazidə “refendum” keçirməyə çalışa bilər,” məlumatda deyilib.

2:44: Çərşənbə axşamı Kyivdə yanğınsöndürənlərin Rusiyanın zərbələri nəticəsinə zərər görən yaşayış binasında xilasetmə işləri apardıqlarını göstərib. Görüntülərin birində yaşlı bir bina sakininin bomba hücumundan sonra Ukaryna yanğınsöndürənləi tərəfindən xilas olunmağı gözləndiyini görünür.

2:00: Beynəlxalq Valyuta Fondu (BVF) yeni hesabatında Ukrayna iqtisadiyyatının Ruisyanın hərbi müdaxiləsi nəticəsində böyük tənəzzülə uğrayacağını proqnozlaşdır.

Hesabatda bildirilir ki, iqtisadiyyatın 2022-ci ildə 10 faiz kiçiləcək, ancaq münaqişənin müddətindən asılı olaraq, daha da pisləşə bilər. BVF-nın Ukrayna üçün 1.4 milyar dollar fövqəladə yardımı təsdiq edəcəyi gözlənilir.

Beynəlxalq Valyuta Fondu Ukraynanın böhrana baxmayaraq maliyyə sisteminin fəaliyyətini təmin etmək və öhdəliklərini yerinə yetirmək səylərini alqışlayıb.

1:15: Rusiya üç həftədir davam edən hərbi müdaxiləsini və Kyiv və Ukraynanın dogər böyük şəhərlərinə bomba hücumlarını davam etdirdiyi bir vaxt, Rusiya və Ukrayna vasitəçiləri çərşənbə axşamı əlavə danışıqlar aparırlar.

Bazar ertəsi danışıqlar əvvəlki kimi qonşu Belarusda keçirilən üz-üzə görüşlərdən fərqli olaraq virtual şəkildə keçirilib cə heç bir böyük irəliləyiş əldə olunmayıb.

Ukraynalı vasitəçi Mixailo Podolyak bazar ertəsi danışıqlardan sonra Twitter-də “Danışıqlar çətin də olsa, aparılır.” O, bazar günü Rusiyanın “bizim təkliflərə diqqətlə qulaq asdığını” və “konstruktiv” şəkildə danışdığını deyərək irəliləyişlə bağlı ümidini ifadə edib.

12:51: Rusiyanın dövlət 1-ci Kanalıının işçisi bazar ertəsi canlı yayıma müdaxilə edərək “Müharibəyə son qoyun! Müharibəyə yox!” şüarlarını səsləndirib.

Atası ukraynalı olan xəbər proqramının işçisi Marina Ovsyannikova üzərində rusca “Təxribata inanmayın. Burada sizə yalan danışırlar,” yazılan plakat qaldırıb.

Bu artıq ikinci dəfədir ki, 1-ci kanal mesaklara nəzarət etməkdə çətinlik çəkir. Ötən həftə Vladimir Solovyevun aparıcısı olduğu məşhur tok-şou zamanı iki eskpert Ukrayanadakı müharibəni Rusiyanın 1990-cı illərdə Əfqanıstana müdaxiləsinə bənzədib.

Həmin yayım zamanı kinorejissor Karen Şaxnazarov deyib ki, Rusiyanın hərbi müdaxiləsi ölkəni təcird etmək riski ilə üz-üzə qoyur. O, müharibəni dayandırmağa çağırıb və deyib: “Əgər oradakı mənzərə tam bir humanitar fəlakətə çevrilsə, hətta bizim yaxın müttəfiqlərimiz belə, o cümlədən Çin və Hindistan özlərini bizdən uşaqlaşdırmağa məcbur olacaqlar.”

Daha sonra həmin verilişin qonağı akademik Semyon Baqdasarov: “Bizim başqa bir Əfqanıstana, amma daha pisinə girmək lazımdırmı?” deyə sual edib.

12:00: Urkayna Prezidenti Volodimir Zelenski bazar günü münaqişədən qaçan qaçqınları işıqlandırarkən Rusiya qüvvələri tərəfindən öldürülən amerikalı kinorejissor və jurnalist Brent Renodun ailəsinə “dərin hüznlə başsağlığı” çatdırıb.

Zelenski “Qoy Brentin həyatı və fədakarlığı dünyanı işıq qüvvələrinin qaranlıq qüvvələrə qarşı mübarizədə dəstəkləməyə ruhlandırsın” yazıb.

Renod Ukraynana münaqişədən qaçan qaçqınları işıqlandırmaq üçün getmişdi. O, güllələndərək öldürülüb, həmkarı Xuan Arredondo isə yaralanıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG