Accessibility links

Prezidentliyə demokrat namizədlər latino seçiciləri cəlb edir [Video]


Prezidentliyə demokrat namizədlər latino seçiciləri cəlb edir
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Prezidentliyə demokrat namizədlər latino seçiciləri cəlb edir

İyunun 7-də Kaliforniyada keçiriləcək praymeri qabağı demokratlar ispandilli? yəni latino seçiciləri hədəf alıb. Latinolar ştat əhalisinin üçdə birini təşkil edir. Prezidentliyə demokrat namizədlər Hillari Klinton və Berni Sanders də onları kampaniyalarına cəlb etməyə çalışır.

İnsanlar noybar ayında seçkidə iştirak edə bilmək üçün vətəndaşlıq almaq proseslərini sürətləndirməyə çalışır.
Rafael Sonenşeyn

Demokratlar yeni seçiciləri qeydiyyatdan keçirir, seçicilərlə telefonla və ya üz-üzə ünsiyyət quraraq onların səslərini toplamağa çalışır.

Onları buna təşviq edənsə respublikaçı namizəd Donald Trampdır.

Demokrat seçici Maria Alvarado Markez Trampın dediklərini təhqiredici hesab edir.

“Bu mənim həyatımdakı ən vacib seçkidir," deyə o bildirir.

Rəy sorğuları göstərir ki, latinolar Trampın ABŞ-ın cənub sərhədində hasar inşa etmək vədindən narahatdır.

“Mən mötədil, bəzi məsələlərdə isə zaman-zaman mühafizəkar fikirlərə sahib olmuşam, indi isə görürəm ki, Donald Tramp bu məsələlərdən istifadə edərək bəzi insanlara təsir göstərməyə çalışır,” deyə Sanders tərəfdarı Stefani Sandoval bildirir.

Bəzi demokratları isə Sandersin ehtiyacı olanlara yardım vədi şirnikləndirir. Sanders özü də seçki kampaniyasına maddi yardımı kiçik ianəçilər vasitəsilə toplayır.

Berni Sanders tərəfdarı
Berni Sanders tərəfdarı

“Bank hesabımda ianə etmək üçün əlavə 15 dollarım olanda, onu Sandersin kampaniyasına ianə edirəm. Mən onu dəstəkləyirəm,” deyə Sanders tərəfdarı İris Almaraz bildirir.

Başqaları isə Klintonun nailiyyətlərini vurğulayır.

Respublikaçıların öndə getməsi ilə bağlı narahatlıq latinoların gələn həftə keçiriləcək praymeridən öncə hərəkətə keçməsinə səbəb olur.

“İnsanlar noybar ayında seçkidə iştirak edə bilmək üçün vətəndaşlıq almaq proseslərini sürətləndirməyə çalışır.”

Ispandillilər ABŞ əhalisinin 17 faizini təşkil edir. Ən son prezident seçkisində onlar 3:1 nisbətlə demokratlara səs verib. Bu dəfə də partiya latinoları cəlb etməyə çalışır.

XS
SM
MD
LG