Rusiyanın xarici işlər naziri Sergey Lavrov cümə günü deyib ki, Moskva tezliklə Rusiya və ABŞ arasında məhbus mübadiləsini müzakirə etmək üçün Dövlət Katibi Antoni Blinkenlə telefon danışığı üçün vaxt təklif edəcək.
Çərşənbə günü Blinken deyib ki, Vaşinqton Rusiyada saxlanılan amerikalı basketbolçu Britni Qrayner və keçmiş dəniz piyadası Pol Uilanın azadlığa buraxılması üçün Kremlə “vacib təklif” edib.
Reuters agentliyinin mənbəsi bildirib ki, Vaşinqton bu sövdələşmənin bir hissəsi kimi ABŞ-da mühakimə olunmuş silah alverçisi Viktor But ilə mübadilə etməyə hazırdır.
Blinken və Lavrov Rusiyanın fevralın 24-də Ukraynaya hərbi müdaxiləsindən bəri danışmayıb.
Lavrov mətbuat konfransında bildirib ki, məhbusların mübadiləsi ilə bağlı danışıqlar ötən il Cenevrədə keçirilən sammitdən sonra başlayıb, prezidentlər Vladimir Putin və Co Bayden məsələyə baxmaq üçün rəsmilərin təyin edilməsi barədə razılığa gəliblər.
O, Rusiya Xarici İşlər Nazirliyinin prosesdə iştirak etmədiyini, lakin “bununla belə, onun (Blinkenin) dediklərini dinləyəcəm” - deyə, Lavrov bildirib.
Özbəkistana səfəri zamanı çıxış edən Lavrov Moskvaya qayıtdıqdan sonra Blinkenlə danışacağını açıqlayıb.
“Aydındır ki, bu gün uğur qazanmaq mümkün deyil. Amma yaxın günlərdə amerikalı həmkarlarımıza əlverişli tarix təklif edəcəyik” - deyə, o bildirib.