Accessibility links

İsrail Lavrovun Hitler şərhinə görə Rusiya səfirini "sərt söhbətə" çağırıb


Rusiya Xarici İşlər Naziri Serqey Lavrov

Rusiya Xarici İşlər Naziri Serqey Lavrovun Adolf Hitlerin yəhudi kökləri olduğunu idda etməsindən sonra İsrail Rusiya səfirini çağıraraq Moskvadan üzr istəməsini tələb edib.

Mayın 1-də İtaliya televiziyası Lavrovla müsahibə zamanı prezident Volodomir Zelenski yəhudi olduğu halda Rusiyanın Ukraynanı "de-nazifikasiyası etmək" lazım olduğunu necə iddia bilər deyə sual edib.

Lavrov isə cavabında Rusiya prezidenti Vladimir Putinin Ukraynanın "de-nazifikasiyası" məqsədini müdafiə edərək Zelenskinin yəhudi irsinin Putinin mövqeyini sarsıtmadığını deyib.

"Onlar "Əgər biz yəhudiyiksə bu necə nasistləşmədir" sual edikləri zaman mənim fikrimcə, Hitler də yəhudi mənşəlidir, ona görə də bu heç nə demək deyil" - deyə, Lavrov İtaliyanın Rete 4 telekanalına tərcüməçi vasitəsi ilə müsahibəsində deyib.

Lavrov iddia edib ki, uzun müddətdir biz müdrik yəhudi xalqının ən böyük antisemitlərin yəhudilərin özləri olduğunu söylədiyini eşidirik.

İsrail Xarici İşlər Nazirliy Yair Lapid Rusiya səfirinin "bağışlanmayan, qalmaqallı və dəhşətli tarixi səhv" adlandırdığı şərhlərə görə "sərt söhbətə" çağırılacağını bildirib.

"Yəhudilər Holokostda özlərini öldürmədilər" deyən Lapid bildirib ki, "Yəhudilərə qarşı irqçiliyin ən son həddi antisemitizmdə yəhudilərin özlərini günahlandırmaqdır".

Rusiyanın işğalını tənqid etməkdə daha ehtiyyatlı davranan baş nazir Naftali Bennett də Lavrovun şərhlərini pisləyib. "Yəhudi xalqının Holokostundan siyasi xal toplamaq vasitəsi kimi istifadəyə dərhal son qoyulmalıdır" - deyə, o bildirib.

Holokostda öldürülən 6 milyon yəhudinin xatirəsinə ucaldılan Yad Vaşem abidə kompleksinin sədri Dani Dayan Lavrovun sözlərini "həqiqi nasizm qurbanlarına təhqir və ağır zərbə" adlandırıb.

İsrailin Kan radiosunda danışan Dayan deyib ki, Lavrov heç bir əsası olmayan antisemitizm konisprasiya nəzəriyyəsi yayır.

XS
SM
MD
LG