Accessibility links

Lavrov və Kerri Azərbaycan və Ermənistanı atəşkəsə çağırır


Rusiya Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, Rusiya xarici işlər naziri Sergey Lavrov və onun amerikalı həmkarı Con Kerri Dağlıq Qarabağ regionundakı pisləşən vəziyyətlə bağlı narahatlıqlarını dilə gətirib, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırıb.

“Onlar bu gün telefonla söhbət edib və ilk olaraq Dağlıq Qarabağda artan gərginliyə son qoymaq, həm Azərbaycan həm də Ermənistanı ATƏT-n himayəsi altında aparılan danışıqları bərpa etməyə təşviq etmək yollarını müzakirə edib,” deyə ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner bildirib.

Biz gərginliyin artması ilə bağlı narahatlığımızı dilə gətirmişik. Amma, nəticə etibarilə bu iki ölkənin lideri atəşkəsi bərpa etməli, münaqişənin sülh yolu ilə həllini təmin etməlidir.
Mark Toner

O, gərginlik artdıqdan bəri dövlət katibinin nə Ermənistan nə də Azərbaycan dövlət başçıları ilə birbaşa danışmadığını qeyd edib.

Mark Toner Birləşmiş Ştaltarın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına çağırdığını bildirib:

“Biz gərginliyin artması ilə bağlı narahatlığımızı dilə gətirmişik. Amma, nəticə etibarilə bu iki ölkənin lideri atəşkəsi bərpa etməli, münaqişənin sülh yolu ilə həllini təmin etməlidir. Biz isə, Minsk qrupunun həmsədrlərindən biri olaraq iki tərəfi danışıq prosesinə cəlb etməyə cəhd edərək öz üzərimizə düşəni edəcəyik,” deyə o bildirib.

Erməni əsgərlər Əsgəranda, 2 aprel, 2016.
Erməni əsgərlər Əsgəranda, 2 aprel, 2016.

Döyüşlərin dayandırılmasına dair beynəlxalq çağırışlara baxmayaraq, Dağlıq Qarabaq regionunda Azərbaycan və Ermənistan qüvvələri arasında gedən döyüşlər artıq üçüncü gündür davam edir.

Lavrov və Kerri telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin həllinə yardım məqsədilə ATƏT-in Minsk qrupunun həmsədrləri olan Rusiya, Birləşmiş Ştatlar və Fransanın səylərini artırması üzərində razılaşıblar.

Ən vacibi hərbi əməliyyatların dayandırılmasıdır. Biz gərginlyin artmasını istəmirik, atəşkəsin bərpa olunmasını istəyirik.
Mark Toner

“Ən vacibi hərbi əməliyyatların dayandırılmasıdır. Biz gərginlyin artmasını istəmirik, atəşkəsin bərpa olunmasını istəyirik. Minsk qrupu da öz növbəsində prosesi davam etdirir və bu, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına gətirib çıxara bilər. Ona görə də biz hər iki tərəfi bu prosesə dönməyə və münaqişənin beynəlxalq hüquq və BMT Xartiyası çərçivəsində sülh yolu ilə həll olunmasına çağırırıq,” Mark Toner bildirib.

Kerri və Lavrov həmçinin “bəzi xarici oyunçuların” regiondakı qarşıdurmanı qızışdırmaq cəhdlərini qınayıblar, deyə nazilrik əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG