Accessibility links

ABŞ və Rusiya Suriyada atəşkəs əldə edilməsinə çalışır


ABŞ və Rusiya diplomatları bu gün İsveçrədə Suriyada sülh prosesinin bərpasına çalışır.

ABŞ dövlət katibi Con Kerri rusiyalı həmkarı Sergey Lavrovla bir həftədir bombardmant edilən Hələb şəhərində atəşkəs əldə edilməsi üçün vasitəçilik edir. Baxmayaraq ki, Lavrov dünən bildirib ki, bu danışılardan heç bir spesifik nəticə gözləmir.

​Dünya ictimaiyyəti Hələbdə 72 saatlıq atəşkəs əldə edilməsini və bu yolla yaralılar və xəstələrin evakuasiyası, habelə əhalinin ərzaq və dərmanla təmin edilməsinə imkan yaradılmasına çağırır.

Rəqib döyüşçülərin şərq, ordunun isə qalan hissəsinə nəzarət etdiyi şəhərdə hələ də yüz minlərlə insan var.

ABŞ və Qərb Rusiya və Suriya qüvvələrini Hələbdə xəstəxanaları və BMT-nin yardım konvoyunu hədəf aldığına görə müharibə cinayətlərinə əl atmaqda ittiham edir.

Suriya İnsan haqları Qrupunun açıqladığı məlumatda onlarla hərbi təyyarənin Hələbin şərq bölgəsini bombaladığı, hücumların səhər saatlarında dayandırılmasına baxmayaraq, şəhərin şimal və cənub hissələrində hələ də atışmaların davam etdiyi deyilir.

Vaşinqton Moskva ilə Suriyaya dair birbaşa danışıqları bu yaxınlarda Hələb şəhərinin bombardmanının davam etdirilməsinə görə təxirə salmışdı.

XS
SM
MD
LG