Accessibility links

Sergey Lavrov: Səfirliyimizə hücum İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərə hədədir


Rusiyanın Dəməşqdəki səfirliyi hücuma məruz qalıb. Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaraqlıların raket hücumunu terror aksiyası adlandıraraq, bunu İŞİD əleyhinə mübarizəni dəstəkləyənlərin qorxudulması kimi qiymətləndirib.

2 raket hücumu Rusiyanın iki həftəlik əməliyyatlarının dəstəkləməsi məqsədi ilə səfirlik qarşısında yüzlərlə insanın mitinq keçirdiyi vaxt edilib. Tələfat barədə məlumat verilməyib.

Rusiyanın təhlükəsizlik rəsmiləri dünən İŞİD-lə əlaqəsi olan bir neçə adamın həbs ediliyini bildirib. Onlar Moskvanın nəqliyyat sistemində hücum planlaşdırımış. Daha sonra Əl-Qaidə ilə əlaqəsi olan Əl-Nüsrə Cəbhəsinin sözçüsü Əbu Məhəmməd Əl-Colaninin səs yazısı aşkarlanıb. Audio mesajda o, Qafqazdakı tərəfdarlarını Moskavanın hava hücumlarına müqavimət göstərməyə çağırıb.

Bu arada, Suriyanın BMT-dəki səfiri Staffan de Misruta Rusiya nümayəndələri ilə müzakirələr keçirib. Görüş zamanı Suriya münaqişəsinin Rusiya və ABŞ arasında anlaşma yolu ilə siyasi həlli müzakirə edilib. Səfir daha sonra Vaşiqntona səfər edərək, ABŞ nümayəndələri ilə görüşməlidir.

Moskva ilə Vaşinqton arasında Suriyadakı rollarına görə mübahisələr mövcuddur.

Bunlar İŞİD-in əlinə keçməyəcəkmi? Buna kim təminat verə bilər?

Rusiya prezidenti Vladimir Putin Amerikanın Suriyanın rəqib qüvvələrini havadan 50 ton kiçik silah-sursat təminatını sual altına alıb.

"Bunlar İŞİD-in əlinə keçməyəcəkmi? Buna kim təminat verə bilər?" deyə Putin sual edib.

ABŞ rəsmiləri Suriya üsyançılarına verilən təlimlərin uğursuzluğunu etiraf edib. Belə ki, ABŞ-ın onları təchiz etdiyi silahlar yaraqlıların əlinə keçib.

Rusiyanın sentyabrın sonunda başlatdığı hava kampaniyasından bəri Moskva terrorçular adlandırdığı müxalif qruplaşmaların hədəf alınması üçün Suriya hökuməti ilə yaxından iş aparır.

Vladimir Putin deyib ki, əməkdaşlıq Rusiyanın Suriyada liderlik etmək niyyəti demək deyil.

"Suriya bir liderə malikdir - o da xalqdır,” deyə Rusiyanın dövlət başçısı bildirib.

Amerikaya düşmən münasibət bəsləyən prezident Bəşar Əl-Əsədin müxalif qruplarla apardığı vətəndaş müharibəsi indiyədək 250 min insan həyatı bahasına başa gəlib.

Avropa Şurası Rusiyanı Suriyada İŞİD-i hədəf almayan hərbi əməliyyatlarını dərhal dayandırmağa çağırıb.

Rusiyanın Müdafiə Nazirliyinin bildirdiyinə görə, son 24 saat ərzində Suriyada terrorçuların hədəflərinə qarşı 87, İraqda isə 11 zərbə endirilib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG