Accessibility links

Lavrov: ABŞ-n sanksiyalarına baxmayaraq, Şimal axını-2 və Türk axını qaz boru kəməri layihələri işə salınacaq


Rusiyanın xarici işlər naziri ABŞ-n sanksiyalarına baxmayaraq, Şimal axını-2 və Türk axını qaz boru kəməri layihələrinin işə salınacağını bildirib.

İntefaxt xəbər agentliyi Sergey Lavrova istinadən bildirib ki, Rusiya yeni ölçülərə əl atmağı planlaşdırır.

Lavrov bildirib ki, START silah sazişinin müddəti uzadılmasa, Rusiya Sarmat və Avanqard raketlərini də daxil edəcək.

ABŞ prezidenti Donald Tramp cümə günü "Şimal axını -2" qaz kəmərinin inşasında iştirak edən şirkətlərə qarşı sanksiyaları nəzərdə tutan qanun layihəsini imzalayıb. Əsas podratçı şirkət artıq bəyan edib ki, boru çəkilişini dayandırır.

Sanksiyalar Amerika vizalarının rədd edilməsini və "Şimal axını-2" və "Türk axını" layihələri ilə əlaqəli xarici vətəndaşların və firmaların Amerika aktivlərinin dondurulmasını nəzərdə tutur. Onlar müdafiə xərcləri qanun layihəsinin bir hissəsidir. Amerika rəsmiləri dəfələrlə Rusiya təbii qazının Almaniyaya ixrac ediləcəyi qaz kəmərini Avropanın enerji təhlükəsizliyinə təhdid adlandırıbl. Qanun layihəsində o, "məcburiyyət vasitəsi" adlanır.

Almaniya Amerikanın bu sanksiyalarını kəskin tənqid edib. Bu ölkənin xarici işlər naziri Heiko Mass "sanksiyaların Avropada qəbul edilən muxtar qərarlara müdaxilə olduğunu" söyləyib

Sanksiyalar "Şimal axını 2"-nin əsas podratçısı, dünyada Baltik dənizin dibi ilə misilsiz boru kəməri çəkən Pioneering Spirit şirkətinə məxsus Allseas firmasa ciddi zərər vura bilər.

Məlumatlarda bildirilir ki, dekabrın 18-də ABŞ senatorları Ted Kruz və Ron Johnson adı çəkilən şirkətə məktub göndərərək şirkətə "Çimal axını-2" layihəsi ilə bağlı şirkət aktivlərinin dondurlması, maliyyə institutları ilə əlaqələr, rəhbər şəxslərin Amerikaya səfərlərinə zərər vura biləcək bir sıra fəsadların ola bilcəyini xatırladıblar.

Sanksiyalar rəsmən yaxın həftələrdə qüvvəyə minməlidir. Bir həftə əvvəl Rusiyanın "Qazprom" şirkəti bildirib ki, sualtı məkanda işlərin dayandırılmasına beş həftəyə qədər vaxt lazımdır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG