Accessibility links

Lavrov: Suriyada kimin müxalifət, kimin terrorçu olduğu müəyyənləşdirilməlidir


Rusiya Xarici İşlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura
Rusiya Xarici İşlər naziri Sergey Lavrov və BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Suriyada döyüşən müxalif qruplardan hansının gələcək sülh danışıqlarının bir hissəsi ola biləcyi və hansınınsa terrorçu kimi səciyyələndirilməli olduğunu müəyyən etməyin vacibliyini vurğulayıb.

Lavrov Moskvada BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura ilə Suriya böhranının müzakirə edildiyi görüşdən sonra mətbuat konfransında danışıb.

Bu gün bundan əvvəl Rusiya prezidenti Vladimir Putinin ofisi onun Suriyada vəziyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon söhbəti zamanı müzakirə etdiyini və hər iki liderin siyasi dialoqun davam etdirilməsinə hazır olduğunu bildirib.

Steffan de Mistura və Sergey Lavrov keçən həftə Vyanada beynəlxalq danışıqlarda iştirak edib. Danışıqlar zamanı BMT Suriyada döyüşən tərəfləri bir araya gətirmək və onlara etibar doğuran, bütün tərəflərin təmsil edildiyi, qeyri-məzhəb əsasında idarəçilik sisteminin yaradılması və konstitusiyanın dəyişdirilməsi işində kömkə göstərməyə çağırılıb. Vyana müzakirələrində iştirak edən Birləşmiş Ştatlar, İran, Səudiyyə Ərəbistanı və Türkiyə eyni zamanda yeni seçkilərin BMT-nin nəzarəti altında keçirilməli olduğunu bildirib.

Rusiyanın Xarici İşlər nazirliyi çərşənbə axşamı bəyan edib ki, prezident Bəşar Əl-Əsədin taleiyini Suriya xalqı özü müəyyən etməlidir və onun hakimiyyətdə saxlanması Rusiya üçün əsas prioritet məsələ deyil. Xarici İşlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Əsədin hakimiyyətdə qalması Rusiyanın Suriyanın siyasətinin əsas amili olmayıb. Lakin o eyni zamanda xəbərdarlıq edib ki, Qərb ölkələrinin Suriyada rejimin dəyişdirilməsi səyləri “regional fəlakət”ə gətirib çıxara bilər.

XS
SM
MD
LG