Accessibility links

Rusiya: Əsədi hakimiyyətdə saxlamaq əsas prinsipial məsələ deyil


Kremlin Suriya prezidenti Bəşar Əl-Əsədin ən güclü müttəfiqlərindən biri olmasına baxmayaraq, Rusiya xarici işlər nazirliyinin sözçüsü deyib ki, Moskvanın siyasəti Əsədin hakimiyyəti qalması prinsipi üzərində qurulmayıb.

Rusiyanın Suriyada siyasətini şərh edən xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova "Exo Moskvı" radiosuna bildirib ki, Əsədin hakimiyyətdə qalmaı heç vaxt bu siyasətin prinsipial aspekti olmayıb.

Bununla belə, Zaxarova Suriya böhranının həlli kimi üç ildən artıqdır Əsəd hakimiyyətinə qarşı mübarizə aparan əsas müxalifət qruplarının tələbi olan rejimin dəyişilməsi fikrinin qəti əleyhinə çıxş edib.

O deyib ki, rejimin hazırkı vaxtda dəyişdirilməsi 250 mindən çox insanın həyatını aparmış və milyonların insanın məcburi köçkün olmasına gətirib çıxarmış vətəndaş müharibəsinin təsirlərini daha da ağırlaşdıraraq "regional fəlakət" olardı.

Zaxarova Suriyanın "qlobal fəlakət" ola bilcəyi ilə bağlı xəbərdarlıq edib.

"Prezidentin taleyini Suriya xalqı müəyyən etməldir" -deyə xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova "Exo Moskvı" radiosuna bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG