Accessibility links

Lavrov Ukraynanın cənub-şərq bölgələrinin danışıqlara qatılmasını istəyir



Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Ukraynanın cənub-şərq bölgələrinin ölkənin gələcəyi ilə bağlı danışıqlara cəlb edilməli olduğunu bildirib.

Moskvada danışan Sergey Lavrov deyib ki, Rusiya əksəriyyəti rusdilli əhalidən ibarət olan bu regionların beynəlxalq danışıqlara qatılmasını istəyir. Rusiya xarici işlər naziri həmçinin Ukraynanı cənub-şərq bölgələrində hərbi hazırlıqları dayandırmağa çağıraraq, bunun vətəndaş müharibəsinə gətirib çıxara biləcəyini deyib.

Parisdə NATO-nun Baş katibi Anders Fogh Rasmussen xəbərdarlıq edib ki, Rusiya Ukraynaya müdaxiləni davam etdirməsi Moskvanın dünyadan daha təcrid olunmasına gətirib çıxaracaq tarixi bir səhv olacaq.

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Xarkovda hökumət binalarını ələ keçirən Rusiya tərəfdarı nümayişçilərin ərazidən çıxarılması ilə bağlı anti-terror əməliyyatı zamanı 70 adamın həbs edildiyini bildirib.

Ağ Ev bəzi nümayişçilərin yerli ruslar olmadığını və orada iğtişaşlar yaratmaq üçün pulla oraya gətirildiyinə dair dəlillərin olduğunu bildirib.

Rusiya ABŞ Dövlət katibi Con Kerrinin nümayişçiləri separatçı və təhrikçi adlandırmasını tənqid edib.
XS
SM
MD
LG