Accessibility links

Laxdar Brahimi Türkiyədəki qaçqın düşərgəsində olub


BMT və Ərəb Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Laxdar Brahimi Türkiyədəki qaçqın düşərgəsində olub. O, müharibədən sarsılmış Suriyada sülhün bərqərar ediləcəyi və qaçqınların evlərinə qayıdacağına ümid bslədiyini bildirib.

Laxdar Brahimi Hatay vilayətindəki Altınozu düşərgəsindəki qaçqınları bu gün ziyarət edib. Onun səfəri qaçqınların Əsəd hökuməti əleyhinə nümayişi ilə müşayiət edilib.

14 düşərgədə 80 mindən artıq qaçqına sığınacaq verən Türkiyədə Suriyanın Milli Şurası və
Suriya Azadlıq Ordusunun baş qərargahları yerləşir.

Bu arada, İraq zorakılıqlardan qaçan suriyalılara sərhədlərini açıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG