Accessibility links

Holland təhqiqat heyəti: Malayziya təyyarəsi "Buk" raketi ilə vurulub


Ötən il Ukraynada qəzaya uğramış Malayziya layneri MH17-ni təhqiq edən heyət laynerin Rusiya istehsalı olan "Buk" tipli raketlə vurulduğunu bildirib.

Hollandiya rəsmiləri nəticələri bu gün Haaqada hissələri bərpa edilmiş təyyarənin arxa planda göstərildiyi konfrans mərkəzində elan ediblər.

Hollandiyanın Təhlükəsizlik heyətinin sədri Tyibbe Coustra ailə üzvləri və media nümayəndələrinə bildilrib ki, təyyarə pəsilə sol tərəfdən vurlub. Onun sözlərinə görə, təyyarə göydə olarkən dərhal partlayıb.

Tyibbe Coustranın sözlərinə görə, Ukrayna hərbi münaqişə zamanı hava hövzəsinin bağlanması kimi məsuliyyət daşıyır və bunu etməmək kimi seçim edib.

"Heç kəs mülki təyyarənin uçduğu yüksəklikdə riskdə olacağını nəzərdən keçirməyib"-deyə o bildirib.

Region Rusiya tərəfdarı üsyançılar və Ukrayna qüvvələri arasında döyüşlərə səhnə idi.

2014-cü ilin iyul ayının 17-i əksəriyyəti Hollandiya vətəndaşı olan 298 nəfər sərnişini olan layner Amsterdamdan Kuala Lampura uçurdu.

Təyyarə qəzasının təhqiqatı prosesində Avstraliya, Belçika, Malayziya və Ukraynadan nümayəndələr də iştirak edib. Belə ki, laynerdə adı gedən ölkələrin də vətəndaşları olub. ​

Rusiyanın da qəza ilə bağlı ayrı hesabatla çıxış edəcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG