Accessibility links

Malayziyanın Pekindəki səfirliyi önündə etiraz aksiyası keçirilib


İtkin düşmüş Malayziya təyyarəsinin axtarışları dayandırıldığından laynerdəki sərnişinlərin qəzəbli qohumları Malayziyanın Pekindəki səfirliyi önündə etiraz aksiyası keçirib.

Təxminən 100 çinli ailə əllərində plakatlar tutaraq, laynerin taleyi haqda həqiqətin söyləniləməsini tələb edib. Malaziya rəsmiləri indi laynerin Hind okeanının cənubunda qəzaya uğradığı qənaətinə gəlib.

Nümayişçilər Malayziya hökumət rəsmilərini yalançı və qatil adlandırıb. Polis nümayişçilər müxbirlərə yaxınlaşmaq istəyən zaman bəzi nümayişçilər və polis arasında toqquşma baş verib.

239 sərnişinin üçdə ikisi çinli idi və onların ailə üzvlərinin əksəriyyəti dəlillər nümayiş etdirilməyənədək, Malayziya hökumətinin gəldiyi qənayətlə razılaşmayacaqlarını deyib.
Amma təyyarənin qəzaya uğramasının səbəblərinin yaxın zamanlarda müəyyən olacağı gözlənilmir. Avstraliya rəsmiləri güclü dalğalar, külək və buludlu hava şəraitinə görə axtarışların 24 saat müddətinə dayandırıldığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG