Accessibility links

Əl-Qaidənin girov götürdüyü sonuncu fransalı girov azad edilib


Əl-Qaidə terror şəbəkəsinin Şimali Afrikada fəaliyyət göstərən qrupu tərəfindən təxminən üç il bundan əvvəl girov götürülmüş sonuncu fransalı girov Serj Lazareviç azad edilib.

Azadlığa buraxıldıqdan bir neçə saat sonra bu gün səhər Parisə gələn 50 yaşlı Lazareviç Fransa prezidenti Fransua Holland tərəfindən qarşınayıb.

Malinin şimalında oğurlanan Serj Lazareviç Fransanın Niger paytaxtı Niameydəki səfirliyində müxbirlərin suallarını cavablandırıb.

Serj Lazareviç onun həmkarı Filip Verdonla birlikdə oğurlanmasına görə Malidə həbs edilən iki Əl-Qaidə döyüşçüsünün azadlığa buraxılmasından bir neçə gün azad edilib. Filip Verdon 2013-cü ilin iyul ayında ölü tapılmışdı.

Həbs edilmiş iki Əl-Qaidə üzvü şənbə günü vasitəçilərin köməyi ilə qrupa təhvil verilib.

Serj Lazareviçin İslamçı Məğribdə Əl-Qaidə qrupu tərəfindən azad edilməsi Fransa hökumətinin bunun müqabilində hansı güşəştlərə getdiyi ilə bağlı suallar doğurub.

Fransa hökuməti bunun qarşılığında heç nə ödəmədiyini bildirsə də, sentyabr ayında Fransaya kömək məqsədilə bunun başqa ölkələr tərəfindən edildiyini etiraf edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Blinken ABŞ-ın İsrailin İrana zərbələrindən son anda xəbəri olduğunu deyib
please wait

No media source currently available

0:00 0:12:20 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG