Accessibility links

Müəllim rüşvət üstə yaxalanıb


İMüəllim rüşvət alıb
İMüəllim rüşvət alıb

Lənkəran Dövlət Humanitar Kollecinin müəllimi digər vəzifəli şəxsləri ilə əlbir olaraq tələbələrin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb.

Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq
faktları aşkar edilib.
Azərbaycan Baş Prokurorunun mətbuat xidmətinin məlumatına görə, Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecinin “İbtidai təhsil” fakültəsinin əyani şöbəsinin müəllimi Mailə Əliyeva kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb.
Məlumatın araşdırılması ilə əlaqədar məhkəmənin müvafiq qərarına əsasən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı M.Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb.
M.Əliyeva həmin məqsədlə tələbələrdən ümumilikdə 3.530 manat məbləğində pul alıb.
Bundan başqa araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarı ilə yerinə yetirilmədiyi, ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, keyfiyyətsiz tədrisin nəticəsi olaraq tələbələrin zəruri biliklərə yiyələnməməsi, imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər vasitələrin əsas götürülməsi kimi negativ hallara yol verildiyi aşkar edilib.
Fakta görə Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
XS
SM
MD
LG