Accessibility links

Da Vinçinin 450 milyon dollara satılan əsəri [Video]


Da Vinçinin 450 milyon dollara satılan əsəri
please wait

No media source currently available

0:00 0:02:37 0:00

Bu, dünya boyu incəsənət hərracınfa tarixi bir an idi: Da Vinçinin “Salvator Mundi” və ya “Bəşəriyyətin xilaskarı” adlı əsəri ən yüksək qiymətə, 450 milyona satıldı.

Bu yaxınlarda Nyu-Yorkun Kristi hərracındakı həyəcanlı auksiyon cəmi 20 dəqiqə çəkdi. Hərrac dörd alıcı ilə başladı və sonradan iki nəfərə endi. Hərracın çəkici bir nəfərin telefonla Leonardo Da Vinçinin “Salvator Mundi” əsərinə 400 milyoin dollar, eləcə də vergi və digər xərclərə görə də əlavə 50 milyon təklifindən sonra son dəfə vurdu. Bu, Kristi hərracının parlaq PR-ı oldu.

"Salvator Mundi" satışa çıxarılmazdan əvvəl Honq-Konq, London, San-Fransisko və Nyu-York kimi kimi şəhərlərdə sərgiləndirildi və 27 min nəfər bu əgəri görə bildi. Kristi hərracının rəsm əsərləri üzrə mütəxəssisi Alan Vintermot: “Bu əsər təxminən “Mona Liza” ilə eyni vaxtda çəkilib. O, əsərdə "Mona Liza" ilə xarakteristik xüsusiyyətləri paylaşır. Kölgəli üz effektləri, təbəssüm onun ilkin əsərlərində müşahidə edilməyib."

"Salvator Mundi" rusiyalı milyarder Dmitri Rıbolovlevə məxsus idi və o, bu əsəri 2013-cü ildə 127 milyon dollara almışdı. Bu, böyük sənətkarın 15 məşhur əsərindən biri olduğu üçün onun qiyməti də təəccüb doğurmurdu. Müharibədən sonrakı və müasir incəsənət əsərləri üzrə mütəxəssis Aleks Rotter: “Belə bir qiymətə satış sevindiricidir. Bu bizim üçün, eləcə də hər kəs üçün yaxşıdır. Belə bir dəyər həm də bu sənətkarın sənərkarlar sənətkarı olduğunu göstərir.”

İlk dəfə 1958-ci ildə nümayiş etdiriləndə əsərin həqiqiliyi sual doğurmuşdu. Əsər surət olaraq qəbul edilmış və cəmi 60 dollara satılmışdı. Lakin bu gün də buna şübhə ilə yanaşanlar olsa da, 2011-ci ildə mütəxəssislər əsərin həqiqi olduğunu təsdiq etdilər. Kristi hərracı da bunun həqiqi olduğuna inanır. “Leonardo həmişə ulduz olub. O çəkər, digər rəssamlar gəlib onun işini təkrarlayardı. Onlar bunu etməklə ona bənzəməyə çalışardılar. Buna görə də biz onun əsərinin varlığına inanırıq” deyə, incəsənət əsərləri üzrə mütəxəssis Loik Gouzer bildirir.

450 milyon dollara satılan bu əsər Pikassonun 2015-ci ildə record qiymətə, 179 milyon dollar satılan “Əlcəzair qadınları” əsərindən iki dəfə bahadır. Ekspertlər gələcək hərraclarda “Salvator Mundi”dən baha əsər satılmayacağına əmindir.

XS
SM
MD
LG