Accessibility links

Venesuelalı müxalifət lideri ev dustaqlığına buraxılıb


Şənbə günü Venesuela Ali Məhkəməsinin verdiyi məlumata görə, həbsdə olan müxalifət lideri Leopoldo Lopez səhiyyə nasazlıqları səbəbilə həbsxanadan ev dustaqlığına buraxılıb. Bundan öncə, o üç il hərbi həbsxanada saxlanılıb.

Məhkəmədən gələn bəyanatda bildirilir ki, Lopezlə bağlı sağlıq səbəbilə “humanitar qərar alınıb”. Hakim isə bu qərarı məhkəmənin prezidenti Maikel Morenonun verdiyini bildirib.

46 yaşlı Lopez 2014-cü ilin fevral ayında üç nəfərin ölümünə, onlarla insanın yaralanması ilə nəticələnən hökümətə qarşı etirazlarda zorakılıq təhrik etmək ittihamı ilə həbs olunub. Bir il sonra isə o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Leopoldo Lopez xanımı Lilian və uşaqları ilə birlikdə Karakasda evindədir”, deyə Lopezin ispaniyalı vəkili Xavier Kremades bildirib. “O azad deyil, ev dustağıdır. O, həbsxanadan səhərə yaxın çıxarılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Ukraynanın Zaporijye bölgəsinə raket zərbəsi endirib
please wait

No media source currently available

0:00 0:12:04 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG