Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası oktyabrın 11-də Lətif Hüseynovu Avropa İnsan Hüquqları Məhkəməsində Azərbaycan üzrə hakim seçib.
Lətif Hüseynov AŞPA üzvlərinin 134 səsini qazanıb. Azərbaycandan digər namizədlər Kəmalə Abıyeva 35 səs, Rövşən İsmayılov 9 səs toplayıb.
Hazırda Avropa Məhkəməsindən Azərbaycan üzrə hakim Xanlar Hacıyevdir. Onun mandatı başa çatıb.
Lətif Hüseynov mandatı yenilənməməklə hakim vəzifəsini 9 il müddətinə icra edəcək. O, vəzifəsinin icrasına üç aydan sonra başlayacaq.
Lətif Hüseynov 1964-cü il fevralın 1-də anadan olub. Hüquq elmləri doktorudur. Milli Məclisin Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiridir.