Accessibility links

Azərbaycanlı fəal 52 günlük aclığı dayandırıb


Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Lətif Həsəni mayın 18-dən aclıq aksiyası keçirirdi

İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Kərəcin Rəcayişəhr zindanında saxlanan fəal Lətif Həsəni 52 günlük aclıq aksiyasını dayandırıb.

Yeni Güney Azərbaycan Milli Oyanış Hərəkatının rəhbəri Lətif Həsəni mayın 18-dən aclıq aksiyası keçirirdi. O, qanunsuz təşkilat yaratmaqda və İranın təhlükəsizliyinə qarşı çıxmaqda təqsirli bilinərək 9 il həbsə məhkum edilib.

Tutulandan sonra Təbriz zindanında saxlanan fəal bu yaxınlarda Tehranın Evin zindanına, iyulun 2-də isə Kərəc şəhərinin Rəcayişəhr həbsxanasına köçürülüb. Lətif Həsəni Rəcayişəhr həbsxanasında adi məhbusların yanına salınmasına etiraz bildirərək aclığı siyasi məhbuslar korpusuna köçürülənə qədər davam etdirəcəyini bildirmişdi.

“Media forum” saytının məlumatına görə azərbaycanlı fəalın həyat yoldaşı Əzəm Piri Lətif Həsəninin aclığı dayandırması ilə bağlı məktubunu iyulun 8-də “Facebook” səhifəsində yayıb. Məktubda azərbaycanlı fəal ailə üzvləri və dostlarının nigaranlığını ortadan qaldırmaq üçün aclığı dayandırmaq qərarına gəldiyini bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG