Accessibility links

Tanınmış dirijor seksual təcavüzdə ittiham edilir


Konqress, xəbər agentlikləri və Hollivudda seksual təcavüz halları ilə bağlı ittihamlar indi yüksək mədəniyyət sahəsi hesab edilən böyük opera səhnəsinin orkestrinə çatıb.

Nyu-Yorkun Metropolitan Opera- teatrı uzun zamandır tanınmış dirijor Ceyms Levini 30 il əvvəl 3 yeniyetmə oğlana qarşı seksual təcavüz etdiyinə görə vəzifəsindən kənarlaşdırıb.

New York Post yazır ki, polisin məlumatına görə, Levin 1985-ci ildə Çikaqo yaxınlığında yay musiqi festivalında dirijor olan zaman 15 yaşlı oğlana qarşı nalayiq hərəkət edib.

New York Times yazır ki, digər iki nəfər yeniyetmə olduqları zaman Levinin onlara qarşı nalayiq hərəkət etdiyini iddia edir. Bu hadisələrin biri 1968-ci ilə təsadüf edir.

Metropolitan Opera teatrının baş meneceri Pitir Gelb deyib ki, şirkət məsələ ilə bağlı təhqiqat aparmaq üçün sabiq federal prokuror Robert Kliri dəvət edib.

74 yaşlı Levin on illərdir Metropoliten Operasının ən tanınmış simalarından biri idi.

O ötən il dirijor kimi fəaliyyətini dayandırıb, lakin arabir ifalarla çıxış edir.

XS
SM
MD
LG