Accessibility links

Azərbaycan höküməti rejim təhlükəsizliyini təmin edən tərəflə daha yaxın münasibət qurur [Audio-Müsahibə]


Leyla Əliyeva
Leyla Əliyeva

Oksford Universitetinin elmi işçisi Leyla Əliyeva Amerikanın Səsinə verdiyi müsahibədə Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri və Azərbaycan - Avropa Birliyi münasibətlərinin gələcəyi haqqında danışıb

Azərbaycan höküməti rejim təhlükəsizliyini təmin edən tərəflə daha yaxın münasibət qurur
please wait

No media source currently available

0:00 0:06:57 0:00

Amerikanın Səsi: Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramına daxil olan ölkələrin noyabrın 27-də Brüsseldə keçirilmiş sammiti Cənubi Qafqazdakı geosiyasi proseslərin gələcəyi baxımından yeni mərhələ hesab edilir. Ermənistandan fərqli olaraq Azərbaycan prezidentinin bu görüşdə tərəfdaşlıqla bağlı hər hansı bir müqavilə imzalamaması hakimiyyətin insan haqları məsələsində Qərbə güzəştə getmək niyyətində olmadığına dair işarə kimi qəbul etmək olarmı?

Leyla Əliyeva: Ümumiyyətlə, orda hansısa assosiativ saziş kimi ciddi bir sənəd, hətta Ermənistanın imzaladığı sənədin səviyyəsində belə bir hazırlıq yox idi. Yəni, hələ ki proses danışıqların uzadılması mərhələsindədir və çox yavaş-yavaş gedir. İkitərəfli danışıqlara fevral ayından başlanılmasına baxmayaraq, ola bilsin, bu danışıqlar gələn il də uzadılsın. Əlbəttə ki, bu prosesdə çoxlu problemlər var və buna görə də hər hansı bir ciddi sənədin imzalanması ilə bağlı gözlənti yox idi.

Rusiyadan daha çox asılılığı olan Ermənistan belə inteqrasiya prosesində Azərbaycanı qabaqlayır

İlham Əliyevin Brüsselə getməsinə səbəb məhz Qərbdə Azərbaycanın bütün bu inteqrasiya proseslərindən geridə qalması kimi Azərbaycana heç də sərfəli olmayan bir fikir yaranması olub. Hətta Azərbaycandan fərqli olaraq Rusiyadan daha çox asılılığı olan Ermənistan belə inteqrasiya prosesində Azərbaycanı qabaqlayır. Məncə İlham Əliyevin Brüssel səfəri də məhz Ermənistan da daxil olmaqla, inteqrasiya prosesində irəli gedən bir sıra ölkələrin orda olması və bir az da olsa Azərbaycanın nüfuzunun bərpası məqsədi daşıyıb. Bu əsas işarədir ki, İlham Əliyev arxada qalmaq istəmir. Amma digər tərəfdən də o, Avropa Birliyinə inteqrasiya etmək yolunda hansısa ciddi addım atmağa ya hazır deyil, ya da istəmir. Yəni, burda çox belə maraqlı bir işarə var. Bir tərəfdən Belarusla birlikdə qrupda qalmaqla Azərbaycanın nüfuzuna zərər vurmaq istəmir. Digər tərəfdən isə hansısa ciddi bir islahatlara getmək niyyətində deyil.

İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin
İlham Əliyev, Həsən Ruhani və Vladimir Putin

Amerikanın Səsi: Bəzi rəsmilər Azərbaycanın sazişdən yayınmasını hökümətin Qərblə Rusiya arasında manevr imkanlarını saxlamağa çalışması və Rusiyanın təzyiqi ilə əsaslandırır. Ermənistan isə Rusiyanın daimi müttəfiqi statusuna malik olmasına baxmayaraq, Avropa Birliyi ilə Şərq Tərəfdaşlığı sazişini imzalamağa nail ola bildi. Sizcə Azərbaycan üçün oxşar xarici siyasət həyata keçirməyə mane olan nədir?

Leyla Əliyeva: Burda əsas problem ondadır ki, İlham Əliyev və onun höküməti ciddi islahatlara getməyə hazır deyil. İnteqrasiya da o deməkdir ki, dövlət infrastrukturlarında, dövlət idarəçilik üslublarında ciddi siyasi-iqtisadi islahatlar aparılsın. Yəni, monopoliyalar ləğv olunmalıdır, demokratiya və söz azadlığı inkişaf etdirilməlidir.

Hökümətin siyasəti nəticəsində Azərbaycan Avropadan uzaqlaşmaqla yanaşı, Rusiyanın təsiri altına daha çox düşəcək.

Digər tərəfdənsə, əlbəttə ki, həm Rusiyadan, həm də Qərbdən məsafə saxlamaq ölkənin xarici siyasətin manevr imkanlarını artırır. Amma biz görə bilərik ki, bu siyasətin nəticəsində Azərbaycan Avropadan uzaqlaşmaqla yanaşı, Rusiyanın təsiri altına daha çox düşəcək. Bu proses də bizim gözümüzün qarşısında baş verməkdədir.

Amerikanın Səsi: İlham Əliyev Brüsseldə səfərdə olduğu vaxtda Prezident Administirasiyasının rəhbəri Ramiz Mehdiyev Bakıda Nikolay Patruşevlə təhlükəsizlik sahəsində əməkdaşlığa dair müqavilə imzaladı. Siz necə düşünürsüz, bu addım 2018-ci ildə keçiriləcək prezident seçkilərində demokratiya tələbi ilə çıxış edən Qərbdənsə, avtoritar ölkə sayılan Rusiyanın dəstəyinə bel bağlamaq kimi qiymətləndirilə bilərmi?

Hazırda əsas dəstək məhz Rusiyadan gəldiyinə görə hökümət üçün milli maraqlar ikinci plana keçib.

Leyla Əliyeva: Əlbəttə, biz indi görə bilərik ki, məsafə saxlamaq asan iş deyil. Əvvəla, bu məsafə nədən ibarətdir? Bizim liderimiz həm istəyir ki, siyasi status-kvo saxlanılsın, yəni ölkədə siyasi baxımdan hansısa bir ciddi dəyişiklik olmasın, həm də istəyir ki, rejimin təhlükəsizliyi təmin olunsun. Burda əsas maraq rejim təhlükəsizliyidir. Hansı tərəfdən rejim təhlükəsizliyi gələrsə, hansı tərəf daha çox dəstək olarsa, hökümət də məhz həmin tərəflə daha yaxın münasibətlər quracaq. Hazırda əsas dəstək məhz Rusiyadan gəldiyinə görə hökümət üçün milli maraqlar ikinci plana keçib.

XS
SM
MD
LG